03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YUNUS SƏFƏROV KİMDİR və NİYƏ ELMAR VƏLİYEVİ GÜLLƏLƏDİ? – ŞOK iddialar, yeni faktlar

07 İyul 2018, 12:45
Seçmə, Banner
A A
YUNUS SƏFƏROV KİMDİR və NİYƏ ELMAR VƏLİYEVİ GÜLLƏLƏDİ? – ŞOK iddialar, yeni faktlar

Gəncədə Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə qarşı törətdiyi qanlı aksiyadan 4 gün keçir. Azərbaycanın 2-ci böyük şəhərinin mərkəzi meydanında, Gəncə İcra Hakimiyyəti binasının qarşısında icra başçısı odlu silahdan açılan atəşlə ölümcül yaralanıb, onun mühafizəçisi də qanına qəltan edilib.
Əslən gəncəli olan, sonradan Rusiya vətəndaşlığı alan Yunis Səfərovun iyulun 3-də Elmar Vəliyevə qarşı sui-qəsd törətməsilə bağlı müxtəlif versiyalar irəli sürülür.

Elmar Vəliyevə qarşı sui-qəsdin səbəilə  bağı hansı versiyalar var?

Turan-nın məlumatına görə, onlardan ikisi daha çox səsləndirilir.Birincisi, Y.Səfərovun təhqir edilmiş bacısının qisasını almasıdır. Bu, hadisədən sonrakı iki gün ərzində irəli sürülən əsas versiyadır və Elmar Vəliyev şəhərə rəhbərlik etdikdən sonra Gəncə üçün xarakterik hal kimi söylənilir. Onu kobud və amansız adam kimi xarakterizə edirlər.

İkinci versiya iyulun 5-də audiomüraciət şəklində yayılıb. Özünü Y.Səfərovun keçmiş həyat yoldaşı kimi təqdim edən qadın birinci versiyanı təkzib edərək bildirib ki, Yunisin hərəkətinə səbəb E.Vəliyevin uzun müddətdir gəncəliləri təhqir etməsi, müsəlmanlara  qarşı təqibləri olub. O, Yunisi Allahın cəza verən əli adlandırıb. Həmin səs yazısında qadın iddia edir ki, icra başçısının Y.Səfərov tərəfindən atəşə tutulması onun müsəlmanların dini inanclarını təhqir edən hərəkətlərə yol verməsi ilə əlaqədar olub. Hətta iddia olunurdu ki, Yunis Səfərov Elmar Vəliyevi müsəlmanları, İmam Hüseyni təhqir etdiyi, Aşura günü şərab festivalı keçirdiyi üçün öldürmək istəyib. Beləliklə, anonim mənbə faktiki olaraq baş verənlərin və Y.Səfərovun hərəkətinin dini motivli olduğunu söyləyib.

d147643ce2d2a046bd3b0bb8751027b3

Bu versiya Yunisi radikal dini cərəyana aid edən hüquq-mühafizə orqanlarının fikirlərində də əksini tapıb. İyunun 6-da açıqlanan rəsmi məlumatda isə Gəncədəki olayın terror aktı olduğu əksini tapır.

Cinayətlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydıqları son birgə məlumatda deyilir: “Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir(məumat  tam şəkildə saytımızda yerləşdirilib).

xanlar

Elmar Vəliyevin qardaşı, baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev də məsələ ilə bağlı “Bizim Yol”a açıqlamasında icra başçısına sui-qəsdi Rusiya xüsusi xidmət orqanları ilə bağlayıb: ” Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir. Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın”.

Rəsmi açıqlamadano da  aydın olur ki, Y.Səfərov Elmar Vəliyevi bu ilin yanvarında öldürmək istəyib. Həmin vaxt onun hərəkətlərindən polis əməkdaşının şübhələnməsi üzündən cinayət baş tutmayıb, nəticədə polis əməkdaşı güllələnib.Ötən 6 ay ərzində onun necə və harada gizlənməsi, ələ keçməməsi sualı da açıq qalır. Digər tərəfdən, E.Vəliyevə sui-qəsd cəhdi etmiş adam ikinci dəfə ona necə rahatlıqla yaxınlaşa bilib, onun qoruması üçün addımlar atılmaması da maraq doğurur.

“Yunis Səfərov bir müddət Elmar Vəliyevin yanında işləyib”

Bu arada ortada maraqlı bir iddia da var. Xural.com saytının baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a baş verənləri şərh edərkən deyib ki, Yunis Səfərovu tanıyanlar onun Gəncə Şəhər İcra Hakimiyyətində işlədiyini bildiriblər: “İnandığım mənbələr deyir ki, Yunis Səfərov Moskvada hüquq təhsili alıb, ağıllı və istedadlı şəxsdir. O, bir müddət Elmar Vəliyevin yanında işləyib. Yunis Səfərov Elmar Vəliyevin mühafizəsində də olub. İcra başçısının həyat tərzi, dünyaya baxışı ilə razılaşmayıb və yolları ayrılıb. Aralarında ciddi problemlər, söz-söhbət olub”.

Ə.Zeynallı deyir ki, hadisədən az sonra Gəncədən aldığı məlumatlarda Yunis Səfərovla Elmar Vəliyevin arasında söz-söhbətin başçıya “səni öldürəcəyəm” hədəsi ilə başa çatdığı qeyd olunub: “Ola bilər ki, Yunis Səfərov bu hədəni gerçəkləşdirmək üçün gedib radikal dini qruplara qoşulub. Bunu istisna etmək olmaz. Bütün hallarda səbəb də ortaya qoyulmalıdır. Hər nə olsa belə, belə Yunis Səfərovun addımına bəraət yoxdur. Ortada konkret qanlı aksiya var və bu, təqdir edilə bilməz. Gəncədə əksəriyyətin Elmar Vəliyevə kin-kidurət bəsləməsi də aydınlaşdırılmalı və nəticə çıxarılmalıdır. Bu qədər zalımlığa yol verilməsinin qarşısı vaxtında alınmalı idi. Bunu etməyiblərsə, niyə belə oldu sualına cavab axtarmalıdırlar”…

yunis səfərov ile ilgili görsel sonucu

Hüquq fakültəsinin məzunu silaha niyə sarılıb?

Bu arada mühacirətdə olan jurnalist Qənimət Zahid Yunis Səfərovun kimliyinə aydınlıq gətirən bir status paylaşıb. Q.Zahid facebook divarında bölüşdüyü statusda yazıb ki, Yunis Səfərov Moskvada təhsil alıb:“Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsini bitirib. Sonra Moskvada 157 nömrəli orta məktəbdə tarix müəllimi işləyib. Məktəbin keçmiş direktoru ilə danışa bildim. ”Yunis olduqca mədəni, ziyalı, kübar bir gəncdi” – dedi”.

Səfərovun atası Moskvada imkanlı biznesmendir

Hadisədən sonra Səfərovun ötən il Rusiya vətəndaşlığı alması haqda məlumatlar yayılmışdı.  Lakin milli.az  xəbər verir , Yunis Səfərov iddia olunanların əksinə, Rusiya pasportunu ötən il almayıb. Pasportda verilmə tarixi kimi 28.02.2017-ci il göstərildiyi üçün mətbuatda idda edilir ki, Yunis Səfərov həmin tarixdə Rusiya vətəndaşı olub. Halbuki pasportun etibarlılıq tarixi bitdiyi üçün həmin tarixdə yenisi ilə əvəz olunub.

yunis-seferov-1

Rusiyada vətəndaşların ünvanları, telefon nömrələri, adlarına olan avtomobillərin seriya nömrələri və digər bu kimi məlumatlar hər kəs üçün açıq olan internet resurslara yerləşdirilir. İnternetdə axtarış verildiyi zaman məlum olur ki, Yunis Səfərovun adına 2004-cü ildə “VAZ-04″ və ”VAZ-07″ markalı avtomobillər olub və qeydiyyat ünvanı kimi Moskva şəhərində yerləşən Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80 göstərilib. Bu isə o deməkdir ki, iddia olunanların əksinə olaraq, 2004-cü il tarixində Yunis Səfərovun qeydiyyat ünvanı kimi Moskva şəhəri göstərilir.

Ünvan məlumatlarına baxıldığı zaman məlum olur ki, Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80-də 26.09.1983-cü il təvəllüdlü (35 yaş) Səfərov Yunis Rafiq oğlu, 05.01.1959-cu il təvəllüdlü (59 yaş) Səfərov Rafiq Yunis oğlu və 03.09.1926-cı il təvəllüdlü (92 yaş) Səfərov Yunis Rafiq oğlu da qeydiyyatda olublar. Ad və soyadlardan belə görünür ki, Rafiq Səfərov icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovun atasıdır. Milli.az yazır ki, Yunis Səfərovun atası bahalı avtomobillərin həvəskarı olub. Rafiq Səfərovun tərcümeyi-halına baxdığımız zaman məlum olur ki, bu şəxs Rusiyada uzun illər biznes fəaliyyəti ilə məşğul olub. Yunis Səfərovun atası 2006-2015-ci illərdə rəsmi olaraq “TİM MARKET” Səhimdar Cəmiyyətinin əsas səhmdarı olub.

kollaj manshet elmar vəliyev 5 iyul.jpg (1.67 MB)

Əsasən spirtli içkilər və siqaretin topdansatışı ilə məşğul olan “TİM MARKET”-in 75%-i Rafiq Səfərova məxsus olub. Digər 25%-lik hissəyə isə başqa bir azərbaycanlı Əziz Sadıqov sahib olub. Şirkətin direktoru Aleksandr Kosarevin isə müxtəlif vaxtlarda müxtəlif şirkətlərə rəhbərlik etdiyi bildirilir. Bu şəxsin rəhbərlik etdiyi şirkətlərin bəzilərinin adının Azərbaycanla bağlı olması (“Seymur”, “Topaz”) onu göstərir ki, o, azərbaycanlılara məxsus biznesin idarə olunmasında iştirak edir. 2015-ci ildə “TİM MARKET”-in ləğv olunduğu göstərilsə də, Aleksandr Kosarevin həmin tarixdən başqa bir şirkətə rəhbərlik etməyə başlaması onu göstərir ki, şirkət yeni adla fəaliyyətini davam etdirir. Yunis Səfərovun atası ilə bağlı maraqlı məqamlardan biri də odur ki, 1997-2002-ci illər ərzində Rafiq Səfərovun adına 10-dan çox bahalı avtomobil qeydiyyata alınıb.

yunis-seferov-2

Sadalananlar göstərir ki, baş verən hadisə ilə bağlı xeyli ziddiyyətli məlumatlar var.

Rasim
AzPolitika.info

Əvvəlki yazı

“Hansı pulun hesabına cangüdən saxlayırlar?” – “Qeyri-qanuni hərəkətlərdir”

Sonrakı yazı

Tanınmış aparıcıdan qalmaqallı sözlər: “Əri ola-ola min oyundan çıxır”

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.