08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yunis Səfərovun anası Leyla Səfərova ilə bağlı maraqlı məlumatlar… – EKSKLÜZİV, FOTO

10 İyul 2018, 19:14
Gündəm, Cəmiyyət
A A
Yunis Səfərovun anası Leyla Səfərova ilə bağlı maraqlı məlumatlar… – EKSKLÜZİV, FOTO

Toğrul Allahverdili: “Leyla Səfərova həyatını elmə həsr edən, kitab müəllifi və məktəbdə Azərbaycan dilindən dərs deyən bir xanımdır”

“Yeni Müsavat” qəzetinin Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımın bugünkü qonağı Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, diaspora.az və interpress.az saytlarının baş redaktoru Toğrul Allahverdili olub.

Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun ailəsini yaxından tanıyan, onlarla bağlı bilgiləri ilk dəfə mediada, sosial şəbəkədə yayan T.Allahverdili  söhbət zamanı bu məlumatları bölüşüb.

Musavat.com xəbər verir ki, T.Allahverdili Y.Səfərovu şəxsən tanımadığını desə də, Moskvada keçirilən hansısa tədbirlərdə onunla qarşılaşma ehtimalını da istisna etmədi.

Müsahibimiz Y.Səfərovun anası Leyla Səfərovanı tanığı üçün onu xarakterizə edib: “Mən onu bir vətənpərvər azərbaycanlı kimi tanıyıram. Azərbaycan mədəniyyətini, dilini təbliğ edən bir xanım olub. O xanım Moskvada yeganə azərbaycandilli məktəb olan 157 saylı məktəbdə 3-4 il öncəyə qədər kitabxanaçı işləyib. Ondan sonra məktəbin fəaliyyəti dayandırıldı, başqa bir rus məktəbinə birləşdirildi. Biz onu ordan tanıyırdıq. Heç bir ana istəməz ki, oğlu cinayətkar olsun. O qadın dünyəvi görüşlü xanımdır, həyatını elmə həsr edib. “Rus dili-Azərbaycan dili” adlı bir dərsliyi də çap edilib. Kitabının təqdimatı da keçirdilib. Özü Azərbaycan dili müəlliməsi olub. Eyni zamanda kitabxananın müdiri kimi də çalışıb”.

T.Allahverdili bu mövzu ilə bağlı açıqlama verməsini, Y.Səfərovun anasına aid doğum şəhadətnaməsinin şəklini yaymasını da əsaslandırıb. Deyib ki, ilk gündən bu mövzuya müdaxilə etmək istəməsə də, Y.Səfərovun anasının erməni olması barədə yayılan yalan məlumatları təkzib etməyi özünə borc bilib: “Heç bir ana övladının qətl törətməsini istəməz. Heç kəs də bundan sığortalanmayıb. Amma kiminsə övladı bir cinayət törədibsə, onu dərhal ermənilərlə bağlamaq, onu erməni kimi qələmə vermək haqsızlıqdır, ədalətsizlikdir”.

09dc9e5f-f03f-4fe8-aa4c-ea2a75c186f3.jpg (97 KB)

T.Allahverdili deyib ki, Leyla Səfərovanın iki övladı var: oğlu Yunis və qızı… Müsahibimiz deyib ki, hazırda qızı Avropa ölkələrindən birində yaşayır: “7-8 ildir ki, qızı xaricdədir. Yunis Səfərov diaspor tədbirlərində aktiv fəaliyyətdə olub. Yunisi də orda yaşayan azərbaycanlılar sakit təbiətli biri kimi xarakterizə edirlər. Yunis də Kərim Kərimov adına 157 saylı məktəbdə oxuyub. Hətta həmin məktəbdə tarix fənnindən dərs deyib. Rusiyada isə İncəsənət Universitetini bitirib”.

Müsahibimiz eyni zamanda deyib ki, son 2 il ərzində Y.Səfərovun Rusiyada görünməməsi ilə bağlı Rusiyada yaşayan azərbaycanlılar məlumat veriblər.

Sevinc, musavat.com

Əvvəlki yazı

NAZİR 45 MÜƏSSİSƏNİ LƏĞV ETDİ, 15 İDARƏ YARATDI – SİYAHI

Sonrakı yazı

Elmar Vəliyevin müalicə aldığı iddia olunan klinikadan son məlumatlar – FOTOLAR, VİDEOLAR

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.