Yunanıstan Sahil Mühafizə Təşkilatı dünən Pilos limanı sahillərində balıqçı qayığının təsbit edildiyini və müdaxilə edildiyini açıqlasa da, sığınacaq axtaranların İtaliyaya getmək istədiklərini bildirərək yardımdan imtina ediblər. Saat 02:30-da əsən güclü külək nəticəsində qayıq əvvəlcə çevrilib, bir müddət sonra isə batıb. 79 nəfərin cəsədi dənizdən çıxarılarkən, ölənlərin sayının daha çox olacağı ehtimal edilir. Xilas edilən 108 immiqrant lüks yaxta ilə dənizdən çıxarılaraq Yunanıstana gətirilib. Yunanıstanın baş naziri İonnis Sarmas təbii fəlakətdən sonra ölkədə 3 günlük matəm elan edib.
Mühacirlərin SAYI 110 MİLYONLA REKORD QAZIB
BMT dünya üzrə köçkünlərin sayının 110 milyona çatdığını və rekord qırdığını açıqlayıb. Keçən il təqribən 19 milyon insanın didərgin düşdüyü bildirilərkən, Ukraynadakı müharibə və Sudandakı qarşıdurmaların, Əfqanıstandakı humanitar böhranın yeni köçlərdə təsirli olduğu vurğulanıb. Məcburi köçkünlərin sayı 62,5 milyon nəfər olub, 35,3 milyon nəfər isə öz ölkəsini tərk etmək məcburiyyətində qalıb. Türkiyədə qaçqınların sayının əvvəlki illə müqayisədə 5 faiz azaldığı bildirilib.