Sürücü yol polisindən şikayətçidir. Belə ki, 99 BU 755 dövlət nömrə nişalı avtomobilin sürücüsü YPX əməkdaşının ona qanunsuz olaraq protokol yazdığını bildirir. Sürücü deyir ki, ağ şəhərdən çıxıb Babək prospekti istiqamətinə hərəkət edərkən sola dönmə edir. Yolda təmir getdiyi üçün avtomobillər də birtərrəfli hərəkət edirlrə. YPX əməkdaşı isə bildirir ki, sürücü 150 metr qabaqda olan geriyə dönmədən istifadə etməli idi. Lakin təmirlə əlaqədar olaraq dönmələrin yerləri də dəqiq deyil və sürücülərin çoxu bunu bilmir. Ümumiyyətlə, bir hərəkət hissəsi ilə iki hərəkət istiqaməti olan yerdə geriyə dönmə yeri ancaq dairə şəklində və ya qırıq-qırıq xətlə ola bilər. Babək prospekti isə hələ təmirə görə darmadağın haldadır. Nə dairə var, nə də qırıq xətt…
Təbii ki, yol polisi burada sürücüləri də nəzərə almalıdır. Digər tərəfdən əgər qayda pozuntularını qeydə almaq üçün YPX əməkdaşı orda dayanıbsa buna heç ehtiyac da yoxdur. Çünki onsuz da təmirlə əlaqədar olaraq sürücülər birtəhər hardan yol tapdı hərəkət edirlər. Bu “basabasda” “qanun pozuntusu axtarmaq” da məntiqsizdir. Yaxşı olardı ki, 99 YP 416 daha əhəmiyyətli qayda pozulan ərazidə xidmət etsin. Məsələn, keçmiş maşın bazarının qarşısındakə 2-3 sıra saxlayan avtomobillərin digərlərinə maneə törətməsinin və təxacın qarşısını alsın. Avtosfer.az sözügedən videonu təqdim edir: