15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“YPG Suriya cəbhəsində İŞİD-ə qarşı döyüşmək istəmir” –ƏRDOĞANIN MÜŞAVİRİ “ƏL-CƏZİRƏ” ÜÇÜN YAZDI

24 Yanvar 2019, 11:52
Dünya
A A
“YPG Suriya cəbhəsində İŞİD-ə qarşı döyüşmək istəmir” –ƏRDOĞANIN MÜŞAVİRİ “ƏL-CƏZİRƏ” ÜÇÜN YAZDI

Fahrettin Altun,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kommunikasiya müşaviri

 “Əl-Cəzirə”, 23.01.2019

 

Suriyada vətəndaş müharibəsi Türkiyənin ABŞ-la əlaqələrində ən başlıcası fikir ayrılığı olub. Ta Obamanın vaxtından. O da 2015-ci ildə İŞİD-ə qarşı mübarizədə YPG-yə güvənirdi.

Obamanın Suriyadakı İŞİD təhdidi ilə məşğul olma yanaşması üç səbəbə görə Türkiyə üçün narahatlıq qaynağı olub.

Birincisi, YPG 1980-ci illərdən bəri ən azı 40 min nəfərin ölümünə bais olan, Türkiyədə qanlı müharibə aparan silahlı Kürd Fəhlə Partiyasının (PKK) Suriya tərəfdaşıdır. Vaşinqtonun Türkiyə üçün birbaşa təhlükə yaradan bir qrupun təlim və silahlandırılması NATO ittifaqının təhlükəsizlik problemləri ilə maraqlanmadığını isbatlayır.

İkincisi, YPG kimi terror qrupunun dəstəklənməsi ilə ABŞ, istər-istəməz, Yaxın Şərqdə “Azad Suriya Ordusu” kimi qanuni oyunçular və bölgədəki qanunsuz döyüşçülər arasında sərhədi silib.

Nəhayət, ABŞ planı strateji cəhətdən yanlışdır. Heç bir halda Vaşinqton YPG-nin sədaqətinə əmin ola bilməz, çünki bu qrup açıq-aşkar solçu, sosialist ideologiyaya aiddir.

Buna görə də, prezident Donald Trampın Suriyadakı Amerika qoşunlarını geri çəkməsi və YPG ilə ölkəsinin tərəfdaşlığını sona çatdırma qərarı Türkiyə üçün xoş bir inkişafdır.

Ancaq bəzi tənqidçilər Tramp administrasiyasını böyük səhv və Amerikanın Suriya teatrında uğurlardan imtina etməsi iddiasındadırlar.

 

Üç ümumi yanlış fikir

Trampın Suriyanı tərk etmək qərarının ən çox tənqidi üç ümumi səhvə əsaslanır.

Birincisi, YPG həmişə şimal-şərqi Suriyada güc sahibi olmayıb, bu yalandır. Əslində, qrup Suriya vətəndaş müharibəsinin erkən mərhələlərində hakimiyyəti ələ keçirib və Vaşinqtonun fövqəladə hərbi dəstəyi sayəsində ərazinin böyük hissəsini idarə etməyə başlaıb.

İkincisi, ABŞ-ın çəkilməsindən sonra Türkiyənin “kürdləri öldürmək” niyyətində olması səhvdir. Əslində, bir çox Suriya kürdü Türkiyəni təhlükəsiz sığınacaq sayır və orada öz ölkələrində fəaliyyət göstərən düşmən qruplardan qorunur.

İŞİD Suriya və İraqda girdikdə, Türkiyə on minlərlə kürd, xristian və ezidi qaçqına qucaq açıb. Bu gün qaçqınların əksəriyyəti hələ də kəndlərinə qayıtmaq istəmir, YPG qüvvələrinin onları hədəfə ala biləcəyindən qorxurlar.

Üçüncüsü, Trampın Suriyadan çəkilmək və İŞİD-in yenidən canlanmasının qarşısının alınması məsuliyyətini Türkiyəyə həvalə etməsinin bir çox tənqidçiləri səhvən Ankaranı “təcavüzkar” kimi təsvir edirlər. Əksinə, Türk planı terrorçular, müharibə şəraitində PKK-nın Suriyalı filialına qoşulanlar və mülayim döyüşçülər, habelə yerli sakinlər arasında aydın bir fərq qoyur. Suriyadakı yeganə məqsədimiz İŞİD radikalizminin kök səbəblərini həll etməkdir; müharibənin yaralarını sağaltmaq, sosial infrastrukturun qurulması və genişləndirilməsi ilə türk vətəndaşlarına qarşı hücumların qarşısını almaqdır.

 

ABŞ-ın maraqlarını deyil, keçmiş səhvləri müdafiə etmək

Bu üç yanlışlıqdan başqa, ABŞ-ın keçmiş rəsmiləri, o cümlədn İŞİD-ə qarşı təşkil edilən Qlobal Koalisiyanın ABŞ-lı nümayəndəsi Brett MakQurk, Tramp administrasiyasının Suriya siyasətini və qərarlarını tənqid edib. ABŞ-ın maraqlarını müdafiə etmək deyil, köhnə səhvlərini dəstələmək üçün.

Trampın Suriyadan çəkilmə qərarına etiraz olaraq vəzifəsindən istefa verən MakQurk YPG-nin də daxil olduğu “Suriya Demokratik Qüvvələri”nin “bir zamanlar şimal-şərqi Suriyada İŞİD-in nəzarətində olan sahələrdə sabitliyin təmin etdiyini” iddia edib. Bununla birlikdə, bölgədəki son inkişaflar milyardlarla ABŞ yardımı almasına baxmayaraq, YPG-nin İŞİD təhdidinin qarşısını ala bilmədiyini isbatlayıb.

Ötən həftə MakQurk da daxil olmaqla, ABŞ-ın rəsmi şəxsləri tərəfindən təkrarlanan öhdəliklərinə baxmayaraq, YPG-nin mövcud olduğu Suriyanın şimalındakı Mənbic şəhərində İŞİD-in intihar hücumunda iki əsgər, bir pentaqonlu mülki və bir podratçı – dörd amerikalı vətəndaş həlak olub.

Bazar ertəsi günü ABŞ hərbi qulluqçusu YPG qalası olan Hasakə əyalətində bir bomba yüklü avtomobilin partladılmasından güclə ölümdən qurtlub. ABŞ qoşunlarına edilən hücumların sayının bir anda artması YPG-nin Suriyanın şimal-şərqdə İŞİD əleyhinə əməliyyatları dayandırması və ya döyüşməyə istəksiz olduğunu göstərir.

Suriyadakı vəziyyəti yumşaltmaq üçün ABŞ-ın bir sıra addımları var: Türkiyə ilə Mənbicə dair “yol xəritəsi”ni gecikmədən həyata keçirmək, Türkiyə hərbi rəhbərliyi ilə ABŞ qüvvələrinin geri çəkilməsini əlaqələndirmək və Türkiyənin terrorla mübarizə sahələrini yenidən bərpa etmək və onun səylərini dəstəkləmək.

 Tərcümə: Strateq.az

Əvvəlki yazı

“Hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda sabitliyi qorumalıdır” –Deputat

Sonrakı yazı

Qənirə Paşayeva dezinformasiya yayan KİV və siyasətçiləri pislədi

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.