08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Yorğun demokrat” olmayan İqbal Ağazadə…

17 Sentyabr 2020, 11:23
Seçmə
A A
“Yorğun demokrat” olmayan İqbal Ağazadə…

Azərbaycan siyasətində defisit nədir? – Hər beş ildən bir yeni lider yetişdirə bilməməsi. Bunu toplumun potensialının ayağına yazaq, yoxsa istedadlı adamların siyasətə gəlmək fobiyası ilə izah edək, bilmirəm…

Ona görə gərək əlimizdə olan qəhrəman, yorulmaq bilməyən, bəlkə də ürəyində “Bu yaşdan sonra başımı götürüb bir sakitliyə çəkilmək istəyirəm” deyən liderlərin qədrini bilmək lazımdır.

Təsəvvür edin, insana ikinci dəfə ömür verilmir, onu necə yaşamalı olduğunu özün seçirsən, amma siyasətçilərin, liderlik keyfiyyəti daşıyanların bu cür dilemma imkanları yoxdur. Onların sanki boynuna biçilib son nəfəsinə qədər siyasət meydanında çarpışasan, vuruşasan, can verəsən, yorulmaq, tükənmək olmaz, xalq adama deyər…

Yəni, bu, ilahi missiyadır, xalqın taleyüklü məsələlərində iştirak üçün mənəvi borcdur. Geri çəkilsən “Susdu, satıldı” deyəcəklər, ömrünün hər yaşını siyasətə, mübarizəyə həsr etsən vaxtdan, gündən gedir.

Ona görə fikirləşəndə ki, Ümid Partiyasının sədri, gəncliyini, enerjisini, sağlamlığını, həyatını yalnız mübarizəyə ərməğan etmiş İqbal Ağazadənin bu gün 52 yaşı tamam olur, diksinməmək mümkün deyil.

Bəzən kütləyə, seçiciyə elə gəlir ki, siyasətçi daşdan-dəmirdən yoğrulub, onun şəxsi arzuları, istirahəti ola bilməz, o, qorxu, həyəcan kimi hisslərə malik deyil, içimizdəki birimizdən deyil. Haradasa haqlıdırlar – siyasət adamı valideynlərinə yox, xalqa məxsusdur…

Siz bir yadınıza salın – gənc İqbal Ağazadəni, xatırlayın meydanlarda hayqıran cavan oğlanı, parlament tribunasından barmaq silkələyən, iqtidara ən kəskin tənqidləri səsləndirən, millətin qanayan yaralarını Milli Məclisdən çəkinmədən danışan bir deputatı, efirdən hakimiyyəti bütün istiqamətlərdən atəşə tutan prezidentliyə namizədi…

Və bir də düşünün ki, əziz İqbal Ağazadə 52 yaşı haqlayır – eyni entuziazm, eyni enerji, eyni dəmir qüvvə, eyni iddia və istəklə…

Onun hədəfləri və xalqdan yana çıxışları bitmək bilmir. Siz bir də siyasət poliqonundakı digərlərinə nəzər salın – Əhməd Qayanın oxuduğu kimi:

Bu yoldan dönənlər oldu
Mum kimi sönənlər oldu
Yorulub yıxılanlar oldu
Və bir də yorğun demokrat… 

Bu illər ərzində isə İqbal Ağazadə nə yolundan döndü, nə şam kimi əridi, nə yıxıldı, nə də yorğun demokrata çevrildi. Onun internet TV-lərdə canlı yayımda çıxışlarına, bariton səsi ilə arqumentli və intellektual tənqidlərinə baxın, sanki 20 il qabaqkı – 32 yaşlı İqbal Ağazadədir…

Bir mübarizə adamının alnına yazılan bioqrafiya nədirsə, hamısını yaşayıb İqbal Ağazadə – həbsxana həyatı, təzyiq, mitinq meydanları…

Amma heç zaman usanmadı, tükənmədi. Bax, biz toplum olaraq liderlərin qədrini bilməliyik. Onlar 5 ildə, hətta 10 ildə belə yetişmirlər.

Gözümüzün qabağında nələr olmadı: bir-birini hələ də qıran partiyalar, liderlərinin ambisiyaları, küskünlüyü, xalqın taleyi ilə oynamaları, həbsdə qəhrəmana çevirib azadlığa çıxanda “reallığı” anlayıb loyal fəaliyyətinə görə satqın çıxarılanları…

Amma bunların heç birində İqbal Ağazadə iştirak etmədi. İnsaf yaxşı şeydir, nə zaman Ümid Partiyası qovğalara, qalmaqallara qoşulub?

Nə vaxt üzvləri başqa müxalif təşkilatın üzvləri ilə sosial şəbəkədə qırğına çıxıb, bir-birini prinsipsizlikdə ittiham edib? Harada görmüsünüz ki, İqbal Ağazadə partiya sədrlərinin davasında olsun?

Elə bunları gördüyü üçün müxalifəti nə birliyə çağırıb, nə də o adamlarla müttəfiqliyin sona qədər alınacağına inanıb. Odur ki, öz yolu, öz mübarizəsi var və 52 yaşında savaşlardan çəkilməyib. İqbal Ağazadə yaxşı prezident ola bilərdi, inanın onun savadı, təcrübəsi, dünyagörüşü imkan verirdi ki, Azərbaycan böyük problemlərdən, yüklərdən azad olsun.

Biz bunu onun deputatlıq fəaliyyətində görmüşük. Xalqı eşidən, seçicini dinləyən, dərdinə şərik olan bir millət vəkili idi. Son seçkilərdə də öz gücünü göstərdi, seçicidən dəstək aldı və baş verənlər xatirinizdədir…

Ona görə İqbal Ağazadə kimi siyasətçilərin səsi Milli Məclisdən gəlməlidir, onun təkliflərini hakimiyyət eşitməlidir.
Əgər islahatlar aparmaqda səmimiyyət varsa, müxalif liderlərin qaldırdığı məsələlərə baxılmalıdır, onların potensialından istifadə olunmalıdır. Bu adamlar düşmən deyil, ölkənin, dövlətin inkişafını istəyən, xalqın problemlərinin həllini tələb edən siyasətçilərdir.

Və bir daha söyləmək yerinə düşür ki, Azərbaycan cəmiyyəti İqbal Ağazadə keyfiyyətində liderlər hər 5 ildə, hər seçkidə yetişdirə bilmir, qədrini bilmək lazımdır.

O səbəbdən İqbal Ağazadəyə ömrünün 52-ci pilləsində zirvələri qalxmaq, gümrahlıq, mətin və dəyanətli mübarizədə möhkəmlik, uğurlar arzulayırıq!

Əvvəlki yazı

İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik edib

Sonrakı yazı

Qurban Məmmədovun saxlanılması ilə bağlı DİN-dən açıqlama

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.