08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yollar açıldı, hotellərdə yer yoxdur

26 Yanvar 2021, 10:05
Cəmiyyət
A A
Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah şəhərlərarası və rayonlararası hərəkətə icazə verib. Paytaxt sakinləri karantinin yumşalmasından istifadə edərək həftə sonları rayonlarda dincəlmək üçün hotelləri bron edib. Bir aydan artıq davam edən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasından sonra əhali rayonlarda istirahət yerləri və hotellərə üz tutub. 

“Qafqazinfo” bölgələrdəki hotellərdə vəziyyət, bron səviyyəsi ilə maraqlanıb. Məlum olub ki, hotellərin bəzilərində artıq həftə sonları üçün bütün yerlər bron olunub. Yalnız həftəiçi bəzi günlər üçün boş yerlər qalır. Həm də, bütün ölkədə bağlı olan açıq və qapalı hovuzlar, sauna və hamamlar hotelə gələnlərin üzünə  açıqdır.

Məsələn, Şabran rayonunda yerləşən “Qalaaltı” hoteldə şənbə və bazar günləri üçün əsas binada yer yoxdur. Həftəsonunu məhz bu hoteldə keçirməkdə iddialı olanlar yalnız aşağıdakı binada yer tapa bilərlər. Hoteldən verilən məlumata görə, gündə iki dəfə qidalanma şərti ilə iki nəfərlik otağın qiyməti 179 manat, 3 dəfə qidalanma daxil qiymət isə 219 manatdır. Bura spa xidmətləri – sauna, türk hamamı, fitnes-trenajor mərkəzi və qapalı hovuz daxildir.

“Şamaxı Palace” hoteldə şənbə və bazar günləri üçün yer yoxdur. Hoteldə yanvar ayı üçün yalnız həftəiçi yer tapmaq mümkündür. Həftəiçi iki nəfərlik otağın qiyməti 178 manatdır. Qiymətə səhər yeməyi və spa xidmətləri daxildir.

Həftəsonu “Şahdağ” hoteldə də bütün yerlər rezerv olunub. Hoteldə həftəiçi yer tapmaq olar ki, burada da qiymət gündən asılı olaraq dəyişir. Məsələn, yanvarın 29-u iki nəfərlik otağın qiyməti 300 manatdır. Məbləğə səhər yeməyi, spa xidmətlərindən isə türk hamamı, idman zalı, hovuz və sauna daxildir.

Qəbələ rayonunda yerləşən “Tufandağ” hoteldə də həftə sonu yer tapmadıq. Yalnız fevral ayına iki nəfərlik standart otaq var idi ki, onun da qiyməti 158 manatdır. Bura səhər yeməyi və SPA xidmətlərindən istifadə daxildir.

Müraciət etdiyimiz hotellər arasında həftəsonu hələ ki, yalnız “Quba Palace” və “Marxal” hoteldə yer tapa bildik. “Quba Palace” hoteldə dağ mənzərəli otağın qiyməti 190 manat, göl mənzərəli otağın qiyməti isə 210 manatdır. Qiymətə səhər yeməyi və spa xidməti daxildir. Həftəiçi isə qiymətlər həftəsonuna nisbətən ucuzdur. Məsələn, həftəiçi bu hoteldə iki nəfərlik otağın qiyməti 130 manatdır.

Şəki rayonunda yerləşən “Marxal” hoteldə yanvar ayının 30-31-i iki nəfərlik eyvansız otaq 100, eyvanlı isə 120 manatdır. Bura yalnız səhər yeməyi daxildir. Qeyd edək ki, əlaqə saxladığımız hotellər arasında yalnız bu hoteldə pandemiya ilə əlaqədar hovuz və SPA mərkəzinin karantinlə əlaqədar bağlı olduğunu öyrəndik. Lakin hoteldə restoran və çay evi fəaliyyət göstərir.

Karantindən qurtulub dincəlmək istəyənlər hotelin bütün xidmətlərindən sərbəst istifadə edə bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə bu il dekabrın 14-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilirdi.

Əvvəlki yazı

Evindən 6 kiloqram heroin tapıldı

Sonrakı yazı

Ramiz Mehdiyevin zibil daşıyan şirkəti nə qədər vəsait “yeyir”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.