“..Ona görə də bu gün hər bir polis nəfəri, Daxili İşlər Nazirliyində xidmət edən hər bir şəxs bizim Silahlı Qüvvələrimizdə olduğu kimi, anlamalıdır, dərk etməlidir ki, əgər bu peşəyə yiyələnib xidmət etmək istəyirsə, buna onun imkanı varsa, bunun üçün qabiliyyəti varsa və müvafiq dövlət orqanları bu şəxsin bu peşədə xidmət etməsini qəbul edirlərsə, o, and içirsə, bu andına daim sadiq qalmalıdır.”
Heydər Əliyev
Azərbaycan Polisi şərəfli bir peşədir, bu peşəni seçən hər bir şəxs Milli lider Heydər Əliyev çıxışlarının birində dediyi kimi, bu peşəni, sadəcə, özünə iş tapmaq üçün yox, yaxud da qazanc əldə edib yaşamaq üçün qəbul etmək olmaz, bu peşəni, polis peşəsini qəbul edən, Daxili İşlər Nazirliyinin əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir…
Bu gün Azərbaycan Polisi sözün həqiqi mənasında xalqı və dövləti qarşısında sədaqətlə, qətiyyətlə, vicdanı ilə xidmət etməkdədir. Baxmayaraq ki, bəzi hallarda nöqsanlar və işdə qanunpozuntusu hərəkətlərinə yol vermiş əməkdaşların olmasını da izləyirik. Ancaq bunu bütövlükdə həmin sistemin adına yazmaq olmaz, belə düşünmək doğru deyildir. Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarına rəhbərlik edən başda Cənab Nazir Ramil Usubov olmaqla, işində peşəkar olan sədaqətli vətən ovladlarımız kifayət qədər vardır(E.Vaqifoglu).
Bu qurumun Yol Patrul Xidməti sahəsinin rəhbərliyində təmsil olunan Cənab Ramiz Zeynalovun, YPX Alayının Komandiri Cənab Balakişi Əhmədovun rəhbərliyi altında xalqımıza sədaqətlə bir xidmət aparıldığının şahidiyik. Tək şəhərdə deyil, şəhərimizin alaqapısı hesab edilən “Ekologiya” və “Qaradağ”postlarından tutmuş, “Sabirabad” və “Gəncə” postlarına kimi, Cənub bölgəsində olan “Göytəpə”postuda daxil olmaqla, cəbhəyani əraziyə keçid hissədə olan Qarabağ bölgəsinin girişindəki “Bərdə” postunda da hər şey ürəkaçan və sürücülər tərəfindən razılıqla bildirilən, şərəfli polis adına şərəfləri ilə xidmət aparmalarının şahidiyik(E.Vaqifoğlu).
Dördüncü hakimiyyət kimi qəbul edilən media mənsubları hər zaman doğru və vicdanlı davranmalı, hər bir məlumatı düz və olduğu kimi çatdırmalıdır. Məhz buna görə də bu gün sizlərə bu həqiqəti də çatdırırıq(E.Vaqifoğlu).
Apardığımız rəy sorğularından yuxarıda adları qeyd olunan DYP Stasionar Postlarında xidmət aparan yol patrul xidməti inspektorlarının yüksək peşəkarlıqla həyata keçirdiyi xidmət vətəndaşların böyük rəğbətinə və razılığına səbəb olmuşdur(E.Vaqifoğlu).
Son olaraq Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General-Polkovnik Cənab Ramil Usubova, Yol Patrul Xidməti Alayının belə yüksək peşəkarlıqla xidmət həyata keçirməsi səbəbindən çoxsaylı təşəkkürlər edildiyi üçün biz də böyük minnətdarlığımızı bildiririk.
Elnur Vaqifoğlu