Bakının 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilindəki qüsur aradan qaldırılıb. Bu barədə REPORTYOR.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən bildirilib: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti şöbəsi tərəfindən nəzarətə götürülmüş problem qısa müddət ərzində aradan qaldırılıb.
Ərazidə olan dekorativ kolluqlar parkın ərazisindəcə 10 metr kənara köçürülərək yenidən əkilib”.