Siyəzən rayonu ərazisində elan edilmiş karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarım tikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisi təşkil edildiyi müəyyənləşib.
Məclis dayandırılıb və iştirakçıları saxlanılaraq RPŞ-nə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb.
Qayda pozan gənclərin hər bir barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə ediliblər.





















