11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yerli karbamidin fermerlərı faydası – RƏY

28 Oktyabr 2019, 12:35
Araşdırma
A A
Yerli karbamidin fermerlərı faydası – RƏY

“Karbamid gübrəsi çox lazımlı gübrədir”.

Bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.

“Aqrolizinq” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Aytəkin Məmmədova da qeyd edib ki, karbamid ammonium nitratdan (azot – selitra) daha üstün təsirə malikdir.

Karbamid azot gübrəsidir və onun tərkibində 46% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır.

Azərbaycanda bu ildən başlayaraq karbamidin istehsalı həyata keçirilir. Karbamid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkında yerləşən və illik istehsal gücü 650-660 min ton olan Karbamid zavodunda istehsal olunur. Karbamid zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Bu layihə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” (2008-2015-ci illər) və “Sənayenin inkişafına dair Dövlət Proqramı” (2015-2020-ci illər) çərçivəsində həyata keçirilir.

Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Daxildə karbamidin satışı “Aqrolizinq” ASC vasitəsilə həyata keçirilir.

“Aqrolizinq” 25 min ton karbamid alıb

“Aqrolizinq” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi bildirib ki, Karbamid zavodundan 25 min ton karbamidin tədarükü üçün müqavilə imzalanıb. Onun sözlərinə görə, bu həcmin 1 500 tonu daşınıb, qalanı hissə-hissə regional nümayəndəliklərə və rayon bölmələrinə daşınaraq anbarlarda saxlanılacaq.

Nicat Nəsirli karbamidin əhəmiyyətini vurğulayaraq bildirib ki, karbamid gübrəsi çox lazımlı gübrədir. “Bildiyiniz kimi, karbamid azot tərkibli gübrədir və azot tərkibli gübrələr yemləmə qrupuna aiddir. Mineral gübrələrin digər növləri-fosfor və kalium tərkibli gübrələr kök sistemini inkişaf etdirmək üçün daha çox şum vaxtı torpağın altına verilirsə, azot tərkibli gübrələr toxum səpildikdən sonra yaşıl kütlənin inkişafını təmin etmək üçün üzdən səpilir”.

Aytəkin Məmmədova bildirib ki, karbamidin mövsümü fevral ayından başlayır və gələn ilin fevral ayından onun səyyar satışı təşkil ediləcək: “Biz gübrələmə mövsümündə uzaq məsafələrdə yerləşən ərazilərdə təşkil olunan səyyar satışlar zamanı maarifləndirmə işləri aparmağı və fermerlərə karbamidin yerli istehsal olduğunu, daha ucuz, həmçinin keyfiyyətli olduğunu izah edəcəyik”,- o qeyd edib.

O, karbamidin qiymətindən də danışıb: “Karbamidin 1 tonunun qiyməti 490 manat təşkil edir. Dövlətin 70%-lik güzəşti ilə 1 ton karbamidin qiyməti 147 manata təklif edilir. Karbamid 40 kiloqramlıq kisələrdə satılır.

N.Nəsirli də qeyd edib ki, sovet dövründən bütün mineral tərkibli gübrələr xaricdən alınıb və ona milyonlarla vəsait sərf olunub. “Amma çox sevindiricidir ki, artıq bu gübrənin istehsalı Azərbaycanda həyata keçirilir”.

Karbamidin daxildə istehsalının bir neçə üstünlükləri var

O, karbamidin Azərbaycanda istehsalının bir neçə üstünlüklərini də vurğulayıb. Ekspert bildirib ki, ilk olaraq gübrə vaxtında fermerlərə çatdırılacaq. “Yemləmə gübrəsi optimal vaxtda aprel ayında 25 gün ərzində verilməlidir. Bəzən bürokratik əngəllərdən, bəzən işi bilməyən adamların bu işin içində olması nəticəsində bu gübrələr ölkəyə gec gəlirdi, nəticədə fermerlər yemləmə gübrələrindən istifadə edə bilmirdi. İndi isə ölkədə bu gübrənin istehsalının olması ən azı etibarlı təchizat sisteminin qurulmasına ümid yaradır. Yəni fermerin əli istənilən vaxt bu gübrəyə çatacaq. Deməli, məhsuldarlığın 50%-ni təmin edən şumaltı gübrələr verilibsə və optimal vaxtda yemləmə gübrəsi verilərsə artıq fermerin məhsulunun 100% zəmanəti olduğunu deyə bilərik. Ümumiyyətlə, gübrə təminatı çox vacib məsələdir. Təcrübəyə görə ölkədə kalium və forfor gübrələri ehtiyatı olurdu, əvvəlcədən gətirilirdi, amma azot tərkibli gübrələr qısa müddətdə istifadə olunduğuna görə idxalında problem yaranır, əlçatan olmurdu. Bu baxımdan istehsalın daxildə olması çox sevindiricidir. Ona görə ki, fermerlərin etibarlı təchizatı yaranacaq”.

N.Nəsirli gübrəyə xərclənən böyük həcmdə vəsaitin ölkədə qalması baxımından da əhəmiyyətini vurğulayıb: “Üçüncü məsələ odur ki, biz artıq uzun illər qarşımıza hədəf qoyduğumuz, lakin hələ ki, nail ola bilmədiyimiz bitkiçilikdə məhsuldarlıq göstəricilərinin yüksəlməsinə doğru bir addım da atmış olacağıq. Azot tərkibli gübrələr təkcə əkinçilikdə tətbiq olunmur, eyni zamanda kənd təsərrüfatının digər sahələri, bağçılıq sahəsində də tətbiq edilir. Bu gübrələr ağacların dibinə yemləmə gübrəsi kimi  verilir. Bu o deməkdir ki, istehsalın Azərbaycanda olması dolayısı ilə meyvəçilik, bağçılıq sahəsində də məhsulların əldə olunmasına ciddi zəmin yaradacaq. Biz ümid edirik ki, mineral gübrələrin hamısı Azərbaycanda istehsal olunsun ki, ən birinci keyfiyyət məsələsinə əmin olaq, ikinci əlçatan olsun, üçüncü də bütün strateji sənədlərdə qarşıya qoyulmuş məhsuldarlıq məsələlərinə nail olaq. Məlumdur ki, 2020-ci ildən yeni subsidiya qaydaları tətbiq olunacaq və qaydalarda da qeyd edilib ki, subsidiya almaq istəyən fermer qeyd olunan mineral gübrələrdən normativlər çərçivəsində istifadə etməlidir.  Bu da 2020-ci ildə fermerlərin indiyədək əziyyət çəkdiyi bir problemin həll olunmasına ümid yaradır”.

Əvvəlki yazı

Prezident Qəbələdə

Sonrakı yazı

Nazir polkovniki işdən çıxardı

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.