Paytaxt Vellinqtonda yerli vaxtla gecə yarısından dərhal sonra baş verən yanğında onlarla insan binadan xilas edilib. Bununla belə, polis bəzi insanların hələ də itkin düşdüyünü bildirib.
Hadisədə ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlar var.
Yanğınsöndürənlər hadisə yerinə gələndə Loafers Lodge motelinin üst mərtəbəsinin alov içində olduğunu görüblər.
Xilasedicilər hadisəni şəhərin “ən pis kabusu” kimi qiymətləndiriblər.
Polis binaya daxil olana qədər ölənlərin sayı ilə bağlı dəqiq açıqlamanın mümkün olmadığını bildirib.
Binada asbest olduğu da bildirilib, sakinlərə maska taxmaq, pəncərələri bağlı saxlamaq tapşırılıb.
Xilasedicilər binanın yanan damından ən azı 5 nəfəri xilas ediblər, 1 nəfər isə ağır yaralanıb, o, alovdan xilas olmaq üçün 3-cü mərtəbədən atılıb.
class=”medianet-inline-adv”>
Yanğının səbəbi hələlik məlum olmasa da, polisin yandırma ehtimalını araşdırdığı bildirilir.




















