Tarixdə bu gün hansı hadisələr baş verib?
Reportyor.info martın 4-də baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir:
1493 — Xristofor Kolumb yeni qitənin kəşfi ilə nəticələnən səyahətini başa vuraraq Portuqaliyaya qayıdıb.
1791 — Vermont ABŞ-ın 14-cü ştatı olub.
1882 — İngiltərədə ilk elektrik qatarı fəaliyyətə başlayıb.
1894 — Şanxayda dəhşətli yanğın mindən çox binanın kül olmasına səbəb olub.
1903 — Beşiktaş gimnastika klubu yaradılıb.
1966 — “Canadian Pacific Air Lines” şirkətinə məxsus DC-8 sərnişin təyyarəsinin Tokio hava limanına enərkən partlaması nəticəsində 64 nəfər həlak olub.
2006 — “Odnoklassniki” sosial şəbəkəsi fəaliyyətə başlayıb.