15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YENİ NAZİRİN QEYRİ-ADİ BİOQRAFİYASI – 19 yaşında baş mütəxəssis, 26 yaşında şöbə müdiri…

22 Aprel 2018, 17:46
Seçmə
A A
YENİ NAZİRİN QEYRİ-ADİ BİOQRAFİYASI – 19 yaşında baş mütəxəssis, 26 yaşında şöbə müdiri…

Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri postundan kənarlaşdırılması nə qədər gözlənilməz oldusa, onun yerinə edilən yeni təyinat da bir o qədər gözlənilməz və müəmma ilə qarşılandı. Bildiyiniz kimi, bu vəzifəyə yeni təyin olunan Sahil Babayevin cəmi 38 yaşı var və nazirlər arasında ən gənci də məhz odur. Ancaq onun bu vəzifəyə qədərki karyerasına nəzər yetirəndə, bəzi suallar meydana çıxır…

Mətbuatda dərc edilən bioqrafiyasına görə, 1980-ci ildə anadan olan S.Babayev, 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb və hüquq üzrə fəlsəfə doktorudur. Göründüyü kimi, yeni nazir artıq 20 yaşında ali məktəbi bitirib. Bu o deməkdir ki, orta məktəbi də digər həmyaşıdları ilə müqayisədə 1-2 il tez qurtarıb. Təbii ki, yüksək göstəriciləri olan bəzi fitri istedadlı şagirdlərə aid belə hallar mümkündür və mövcuddur. Əlimizdə olan bioqrafiyadan belə qənaətə gəlmək olur ki, bu prinsip S.Babayevə də şamil olunub, yaxud da o, məktəbə 6 yaşından tez gedib…

Ancaq nazirin tərcümeyi-halındakı qeyri-adilik bununla da bitmir. Bioqrafiyada deyilir ki, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. Bu o deməkdir ki, artıq 19 yaşından, yəni universitetdə təhsilini (böyük ehtimalla əyani təhsil alıb-red.) davam etdirməklə yanaşı, ARDNŞ-də də kifayət qədər yüksək postlar tutub. 19 yaşında gəncin baş mütəxəssis və 26 yaşına qədər isə artıq şöbə rəisi olması kifayət qədər yüksək və qeyri-adi göstəricidir, yəni onun yaşıdları və qrup yoldaşları universitetə dərsə gedib-gələndə, S.Babayev artıq ARDNŞ kimi strateji qurumda şöbə müdiri imiş…

Əlbəttə ki, yeni nazirin bütün bunlara şəxsi bilik və bacarıqları sayəsində nail olduğunun əksini göstərən hər hansı məlumat, yaxud iddiaya malik deyilik. Lakin işin daha maraqlı tərəfi, hələ olduqca gənc yaşında neft sektorunda uğurlu karyera quran S.Babayevin birdən-birə bundan imtina edərək, deputat köməkçisi kimi o qədər də böyük və ciddi sayılmayacaq vəzifəyə keçməsidir. Belə ki, o 2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. Ancaq onun məhz hansı müavinin köməkçisi olduğuna dair məlumat verilmir. Bilindiyi kimi, parlamentin 3 sədr müavini var ki, bunlar da Ziyafət Əsgərov, Bahar Muradova və Valeh Ələsgərovdur. Valeh Ələsgərovun da Milli Məclisə neft sektorundan gələn deputat olduğunu nəzərə alsaq, böyük ehtimalla S.Babayev məhz onun köməkçisi olub.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri və 2014-cü ildən isə nazir müavini postunu tutan S.Babayevin bioqrafiyasından göründüyü kimi, yeni nazir əvvəlki postlarında əsasən beynəlxalq əlaqələr və xarici investisiyalar sahəsinə aid mütəxəssis kimi çalışıb. Buna baxmayaraq, yəqin ki, bilik və bacarıqlarına şübhə etmədiyimiz S.Babayev tamamilə fərqli istiqamət olan əmək və sosial müdafiə sektorunda da uğurlu fəaliyyət göstərə biləcək. Ən azından cəmiyyət üçün yeni ad olan S.Babayev haqqında da Hadı Rəcəblinin Novruz Məmmədov barəsində dediyi kimi, “heç bir qruplaşmada olmayıb” ifadəsini işlətmək olar. Onun bioqrafiyasına gəldikdə isə, yəqin ki, yaxın gələcəkdə olduqca əhəmiyyətli və ağır post daşıyacaq yeni nazir barədə daha dolğun və ətraflı məlumat veriləcək.

Onu da qeyd edək ki, S.Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

Novruz Məmmədov prezidentin köməkçisi vəzifəsindən azad edilib

Sonrakı yazı

HACIBALA ABUTALIBOVU BU QADIN ƏVƏZ EDİR – FOTO

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.