18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Yeni müharibə qaçılmazdır” – QAT sədri

20 Fevral 2021, 10:18
Gündəm
A A
“Yeni müharibə qaçılmazdır” – QAT sədri

Ağdamdakı mərkəzdə fəaliyyətə başlayan Türkiyə heyəti güvəncimizi artırır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən yüz gün ərzində Qarabağa səfərləri zamanı bir qayda olaraq xəbərdarlıq edir ki, əgər düşmən yenidən baş qaldırmaq istəsə, “Dəmir yumruq”la birdəfəlik darmadağın ediləcək.

QAT sədri Akif Nağı da qəzetimizə açıqlamasında dedi ki, ehtiyatlı olmaqda yalnız fayda var: “Təbii ki, əsas məsələ qalib gəlməkdir. Amma qələbənin möhkəmləndirilməsi, geridönməzliyin təmin edilməsi daha vacibdir. Ən əsası isə qələbədən sonra irəliyə getmək bacarığıdır. 100 gün əvvəl 30 illik məğlubiyyətə, 200 illik məzlum vəziyyətimizə son qoyduq, düşmənlə yerlərimizi dəyişdirdik. İndi onlar məzlum və məğlub durumdadırlar, fəlakət içərisindədirlər. Vəzifəmiz onları bu vəziyyətdə saxlamaq, düşdükləri durumla barışmağa məcbur etməkdir. Tam qələbə o vaxt olur ki , düşmən məğlubiyyətini etiraf etsin. Düşmən isə hələ də çabalayır, əlinin dalını yerə qoymur, vəziyyətdən çıxmağa çalışır. Rusiyanın oyunları, Ermənistanın hikkəli bəyanatları, Dağlıq Qarabağdakı quldurların hələ də sərbəst gəzməsi narahatlıq mənbəyimizdir. Son günlərin hadisələri yenidən nələrinsə baş verdiyini göstərir. Azərbaycandan iqtisadi əməkdaşlıqla bağlı böyük heyətin Türkiyə səfəri, orada yüksək səviyyədə görüşlərin keçirilməsi, Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları, Putinlə Paşinyanın telefon təmasları, xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr, baş terrorçu Araikin rus dili təşəbbüsləri, bütün bunlar yeni situasiyanın yarandığının əlamətləridir. Müşahidələr göstərir ki, Türkiyə regionda 10 noyabr proseslərinin davam etdirilməsinə çalışır, Rusiya bu məsələdə maraqlı görünmür, Ermənistan hər vəchlə prosesi yarımçıq kəsməyə cəhd edir. Azərbaycan hələlik tutduğu mövqelərin möhkəmləndirilməsi ilə məşğuldur”.

A.Nağı məsələnin hərb fazasına son qoyulduğunu güman etmir: “Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq. Çünki Ermənistan aldığı məğlubiyyətdən düzgün nəticələr çıxarmaq, başa düşmək istəmir ki, Azərbaycanın üstünlüyünü qəbul etməlidir, ermənilərə pay verdiyimiz dövləti qoruyub saxlamaq üçün Rusiya və ya başqa birisinə yox, Türkiyə və Azərbaycana sığınmalıdır. Ermənilər düşdükləri ağır vəziyyətdən yalnız Bakı və Ankaranın köməyi ilə çıxa bilər. Bunu anlamaq, bu yöndə çalışmaq əvəzinə revanşist hisslərə güc verirlər. Rusiya da onların bu sarsaqlığından son yüz ildə olduğu kimi, yenə də yararlanmağa çalışır. Ona görə də müharibə ehtimalı realdır. Azərbaycan yarımçıq nəticələrlə kifayətlənməyəcək və tam qələbə üçün yetərincə güclüdür. Azərbaycan cəmiyyəti də yarı-yolda dayanmağı qəbul etmir. Qələbədən ruhlanmış, milli qüruru bərpa olunmuş xalq Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan bayrağının dalğalanacığı günü səbirsizliklə gözləyir. Bu, pafos deyil, millətin ruhuna hakim kəsilmiş istək, sosial sifarişdir”.

Əvvəlki yazı

Əli Həsənova 2 milyardlıq ittiham – İş istintaqda…

Sonrakı yazı

Türkiyəni sözəbaxana çevirmək istəyirlər – PKK kartının pərdəarxası

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55
BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

18 Avqust 2025, 10:54
Şahdağ Milli Parkı geyim alır

Şahdağ Milli Parkı geyim alır

18 Avqust 2025, 10:53
Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.