16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Yeni Klinika”nın işçiləri yenə əməkhaqqı ala bilmədiklərini deyirlər

19 May 2022, 13:15
Gündəm, Cəmiyyət
A A
“Yeni Klinika”nın işçiləri yenə əməkhaqqı ala bilmədiklərini deyirlər

“Bir dəfə sizə bu şikayətlə müraciət etmişdik. Yayımlanandan sonra məsələyə baxıldı, maaşlarımızı ala bildik. İndi yenidən eyni problemi yaşayırıq”.

Bu şikayətlə qafqazinfo-ya “Yeni klinika”da çalışan bir qrup tibb işçisi müraciət edib.

Onların sözlərinə görə, mart-aprel aylarında maaşlarını ala bilməyiblər: “İki aydır ki, maaş ala bilmirik. Söhbət COVİD-lə bağlı nəzərdə tutulan maaşlardan gedir. Maaşlarımızın hansı səbəbdən verilmədiyini soruşanda da deyirlər ki, artıq xəstə əvvəlki kimi çox deyil. Amma bu, səbəb ola bilməz axı, biz elə eyni qaydada çalışmışıq. Mart ayında 144 saat işləmişik, amma inzibati şöbədən bizə deyilir ki, 108 saat yazılıb. Daha sonra öyrəndik ki, 108 saatdan da aşağı salıb cəmi 72 saat yazıblar. Hər işçiyə təxminən 700-800 manat pul verilməlidir. Bu problemi təkcə tibb bacıları yox, qeydiyyatçı da, xadimə də yaşayır”.

Həmçinin oxuyun: “Yeni Klinikada işçilərə 2 aydır əməkhaqqı ödənilmir”

Klinikada çalışan tibb işçilərinin iddiasına əsasən, bu hallar yeni baş həkimin gəlişindən sonra yaranmağa başlayıb: “Əvvəl məvacib də yüksək idi. Zamanla azaltdılar. Məsələn, qabaq 900 manata qədər maaş alırdıqsa, sonradan bunu aşağı saldılar. Daha sonra isə maaşlar gecikməyə başladı və nəticə olaraq iki ayın maaşını vermirlər. Gecə səhərə qədər növbədə olub işləyən əməkdaşlarımız var. Nəyə görə oyaq qalırlar? Ona görə ki, maaş ala bilsinlər. Bəs hanı o maaş? Niyə haqqımız kəsilir? Rəhbərliyə etiraz etdikdə, haqqımız tələb edəndə isə “Hansı haqqı tələb edirsiz?! Kimə istəyirsizsə, şikayət edin. Xoşunuza gəlmir, işdən çıxa bilərsiz” deyilir”.

Şikayətlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, tibb işçilərinin iş saatları xəstə sayına görə tənzimlənib: “Məlumat üçün bildirək ki, cari ilin mart və aprel aylarında ölkədə koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə edilib. Bu baxımdan “Yeni klinika” tibb müəssisəsində də virusa yoluxmuş xəstələrin sayında mart və aprel ayları üzrə azalma qeyd edildiyindən bu istiqamət üzrə tibbi xidmət göstərmiş tibb işçilərinin də iş saatları xəstə sayına görə tənzimlənib”.

Dövlət Agentliyindən o da bildirilib ki, “Yeni klinika” tibb müəssisəsindən mart və aprel ayları üzrə reyestr daxil olduqdan sonra qurum tərəfindən qeyd edilən aylar üzrə müddətli əlavələrin ödənişi 3 iş günü ərzində həyata keçiriləcək.

Əvvəlki yazı

Şeyxdən Həcc açıqlaması gəldi

Sonrakı yazı

İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.