05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YENI BAŞÇI GƏNCƏDƏ “TƏMİZLİYƏ” BAŞLADI – Elmar Vəliyevin xərac yığanını işdən çıxardı

01 Sentyabr 2018, 12:14
Cəmiyyət, Seçmə, Manşet, Banner
A A
YENI BAŞÇI GƏNCƏDƏ “TƏMİZLİYƏ” BAŞLADI – Elmar Vəliyevin xərac yığanını işdən çıxardı

Gəncədə torpaq alverçisi kimi tanınan Məharət Mustafayevin fəaliyyətinin araşdırılması üçün komissiya yaradıldı

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov İH-də ciddi islahatlar və araşdırmalara başlayıb. Bu barədə müsavat.com-a daxil olan məlumatda bildirilir ki, yeni başçı vətəndaşların ən çox şikayətçi olduğu sahələrə məsul olan qurum və onların rəhbərlərinin fəaliyyəti, əməlləri ilə bağlı ilkin incələmədən sonra müvafiq addımlar atmağa başlayıb.

İlkin olaraq illərdir yerli əhaliyə “qan udduran” Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayev işdən azad edilib. Başçı Niyazi Bayramov Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə qərar verib.

Bundan başqa, daha çox şikayət edilən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbərinin də fəaliyyətinin araşdırılmasını komissiyaya tapşırıb.

İlgili resim

Məlumatı verən mənbə bildirir ki, Məharət Mustafayev Elmar Vəliyevin “torpaq dəllalı” olub. O, uzun illər ərzində Gəncədə qanunsuz torpaq satışını həyata keçirib, iş adamlarından sənəd bəhanələri ilə xərac toplayıb, bir mülkü müxtəlif saxta sənədlərlə bir neçə şəxsə satıb. O, Gəncədə yüzlərlə vətəndaşa aid mülkə, torpaq sahəsinə faktiki olaraq saxta sənədlər verib.

Mənbə qeyd edir ki, Gəncədə böyük qanunsuzluqlara yol vermiş keçmiş Vəliyevçilər ətrafında aparılan yoxlamalar həbslərlə nəticələnə bilər.

Nəzərə çatdıraq ki, Məharət Mustafayevin adı mediada çoxdan məşhurdur. Onun qanunsuzluqlara yol verməsi, vətəndaşları incitməsi haqda indiyədək onlarla vətəndaşın müraciətləri də mediada dərc olunub.

İlgili resim

Qalmaqallı şikayətlərdən biri də Gülnar Günəşliyə məxsus idi. Gəncə Memarlıq və Şəhərsalma İdarəsində sektor müdiri olmuş bu xanım Məharət Mustafayevin ona əxlaqsız təkliflər etdiyini, bununla razılaşmadığı üçün işdən çıxarıldığını, intihara cəhd etdiyini bildirmişdi. Həmin vaxt G.Günəşli M.Mustafayevin çoxsaylı qanunsuzluqlarından da bəhs etmişdi.

Onun şikayəti əsasında cinayət işi başlanıldığı, Məharət Mustafayevin ifadəsinin alındığı da bəlli olmuşdu. Amma sonradan Məharət Mustafayev Elmar Vəliyevin dəstəyini alaraq, “sudan quru çıxmışdı”, hətta G.Günəşliyə də “təkzib bəyanatı” yazdırmağa müvəffəq olmuşdu…

Məharət Mustafayev ile ilgili görsel sonucu

Qeyd edək ki, Elmar Vəliyev 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin olunandan sonra hələ Yevlax rayonunda başçı olduğu vaxt tanıdığı Məharət Mustafayevin Gəncə şəhəri Nizami rayonunun icra başçısı təyin olunmasına nail olmuşdu. Məharət Mustafayev Nizaminin icra başçısı olarkən sadə vətəndaşları təhqir etməklə məşhurlaşmışdı.

Nəhayətdə o, RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə torpaq üstündə əlbəyaxa dalaşıb, onu döymüşdü. Həmin vaxt onun barəsində araşdırma aparıldı və icra başçısı vəzifəsindən azad edildi. Lakin Elmar Vəliyev az sonra vazkeçilməz hesab etdiyi bu adamı Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin etmişdi.

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Əvvəlki yazı

SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara (REPLİKA)

Sonrakı yazı

ABUTALIBOVUN SƏRƏNCAMLARI QANUNSUZ SAYILIR – Baş nazirin müavini istintaqa cəlb olunacaq?

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.