25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə YAP Yevlax Rayon Təşkilatında bayram tədbiri qeyd edilib

21 Noyabr 2018, 21:20
Cəmiyyət
A A
Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə YAP Yevlax Rayon Təşkilatında bayram tədbiri qeyd edilib

“YAP 26 il uğurla” Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə YAP Yevlax Rayon Təşkilatı bayram tədbiri təşkil etdi. Əvvəlcə şəhər rəsmiləri və partiyanın fəallarından bir qrupu Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etdi, önünə gül-çiçək dəstələri qoydu. Yubilye münasibətilə keçirilən Yevlax şəhər Şahmat məktəbinin akt zalında rəsmi və bədii hissə ilə davam etdirildi. Əvvəlcə dövlət himni səsləndirildi. Ardınca «Yeni Azərbaycan Partiyası 26 il uğurla» adlı videoçarx nümayiş olundu. Sonra tədbirin aparıcısı, ilk olaraq sözü Partiya veteranlarından olan Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının sədr müavini Vahid Quliyevə verdi. Siyasi həmfikirlərini yubiley münasibətilə təbrik edən V.Quliyev qısa olaraq Yeni Azərbaycan Partiyasının keçdiyi 26 illik şərəfli yoldan söz açdı. Bildirdi ki, Azərbaycan üçün çox ağır zamanlarda zərurətdən yaranan Yeni Azərbaycan partiyası sözün həqiqi mənasında xilaskar bir siyasi təşkilatdır. Heydər Əliyev dühasından güc-qüvvət alan bu partiya ulu öndərin sağlığında olduğu kimi, bu gün dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə də öz uğurlu fəaliyyətini davam etdirir. Sonra YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova yevlaxlı qadınların partiyanın fəaliyyətindəki rolundan danışdı. Bildirdi ki, bu gün gözəlliyi ilə fəxr etdiymiz şəhərimizin yenidən qurulmasında qadınlarımızın da əməyi böyükdür. Fəxrlə demək olar ki, yevlaxlı xanımlar rayon həyatının bütün sahələrində nümunəvi iştirakları ilə seçiliblər. Qəlbi Vətən üçün, dövlət üçün çarpan belə xanımları bugünkü məclisdə təmsil etməkdən məmnunam. YAP Yevlax rayon təşkilatı sədrinin müavini, aparat rəhbəri Əli Quliyev ilk növbədə YAP Yevlax rayon təşkilatının sədri Millət Vəkili İlham Məmmədov adından və Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov adından tədbir iştirakçılarını təbrik etdi. O, yubiley tədbirindəki çıxışında Yeni Azərbaycan Partiyasının üzvü olmağın mənəvi haqlarından danışdı:-Vətəni sevirsənsə, onun inkişafında rolun varsa, Azərbaycanı uğurlu bir gələcəyə aparan partiyanın sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasətini bəyənir və dəstəkləyirsənsə, bu xalqın, millətin yolunda aşa bilməyəcəyin bir əngəl tanımırsansa, sən Yeni Azərbaycan Partiyasının üzvüsən. Bu gün Azərbaycanın sahib olduğu bütün uğurların müəllifi Yeni Azərbaycan Partiyasıdır. Belə bir partiyanın sıralarında olmaq hər kəs üçün şərəfdir. Yeni Azərbaycan Partiyası böyük bir idioloji ailədir. Və bizi birləşdirən dəyərdir. Biz hər birimiz həyata Yeni Azəraycan Partiyasının gözü ilə baxırıq. Bilirik bu baxış Heydər Əliyev baxılarıdır. Biz haqq yolundayıq. Cənab Sədrimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bizi işıqlı xoşbəxt gələcəyə aparacaqcaqdır. Sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında xüsusi xidmətləri olan bir qrup partiya üzvünə YAP Yevlax rayon təşkilatının fəxri diplomu verildi. Onlardan biri, İdarə heyətinin üzvüləri Qənimət Qaraşov, Minnət mürsəlov, İlyas Səfərov və Sədaqət Ağayev bayram sevincini də bölüşməyi unutmadılar: –Bu gün doğrudan da böyük bayramdır. Azərbaycanı işıqlı və nurlu bir həyata qovuşduran, dinamik inkişaf yoluna çıxaran bir partiyanın 26 yaşı tamam olur. Fəxrlə deyirəm ki, mən də bu partiyanın üzvüyəm. Onu da fəxrlə deyirəm ki, bu partiya sıralarında Azərbaycanı ürəkdən sevən, ona ləyaqətlə xidmət etmək missiyasını şərəflə yerinə yetirən insanların birləşdiyi bir siyasi təşkilatdır. Buna çoxlu sayda nümunələr gətirmək olar. Çox fərəhli haldır ki, onların sırasında Yevlax şəhər təşkilatının üzvləri də var. Saatlarla davam edən məclisi bədii rəhbəri əməkdar mədəniyyət işçisi olan «Kür» instrumental ansamblı öz musiqi töhfələri ilə daha da şən və maraqlı etdi.

Əvvəlki yazı

YAP MƏHƏRRƏMOVDAN İMTİNA ETDİ! – Rəhbərliklə birlikdə ziyarətinə imkan verilmədi (Foto)

Sonrakı yazı

GƏLƏN İLİN 5 BÖYÜK QLOBAL RİSKİ VƏ FÜRSƏTİ –ABŞ prezidenti Tramp yenə də ən böyük risk qaynağı sayılır – TƏHLİL

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.