11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Yenə də erməni terrorçularının müdafiəsindədirlər” – MÜSAHİBƏ

26 Oktyabr 2020, 19:02
Cəmiyyət
A A
“Yenə də erməni terrorçularının müdafiəsindədirlər” – MÜSAHİBƏ

 

twitter sharing button
pinterest sharing buttonsms sharing button
sharethis sharing button

Hafiz Hacıyev: “Atəşkəsi ortaya atmaqla yenə də vaxt udmaq üçün hiyləgərlik edirlər”

 

“Azərbaycana qarşı işğalçılıq siyasəti aparan və bu gün Azərbaycan ərazilərində müharibə edən Ermənistana sanksiya tətbiq etməyən, üstəlik həddən artıq kasıb olan bu işğalçı Ermənistan bizim ölkəmizə qarşı istifadə etdiyi silahları hardan alır?” Mövcud reallıq, cəbhədəki vəziyyət artıq beynəlxalq təşkilatların bu suala cavab verməsini tələb edir. Beynəlxalq ictimaiyyətin bu ikili mövqedən əl çəkmək istəmdəiyi təəssüf doğurmaqla yanaşı, bu qurumların özünü araşdırma mövzusudur.

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev maraqlı nüanslara diqqət çəkib.

 

“Paşinyan çalışır ki, ağlaşma qurmaqla vaxt udsun”

 

– Hafiz müəllim, Prezidentin xalqa son müraciəti beynəlxalq təşkilatların öz torpaqlarını işğaldan azad etməyə qalxan Azərbaycana qarşı xaricdən yönələn çoxsaylı təzyiqlərini bir daha ifşa etdi. Beynəlxalq təşkilatların haqq-ədalətdən bu qədər uzaqda dayanmasına səbəb nədir?

 

– Ermənilər həm siyasi, həm də hərb sahədə uduzmuş dövlətdir. Bu gün Ermənistan “pat” vəziyyətindədir.  Ermənistan həmişə bir terrorçu dövləti kimi siyasət aparıb və iç üzü bu günə qədər açılmırdı. Bu gün artıq Ermənistanın terrorçu olduğunu bütün dünya görür. Ermənistanın Azərbaycanın torpaqlarını işğal edib və əsarətdə saxlaması dünyaya bir daha sübut olundu. Amma dünya çox ədalətsiz dünyadır. Yenə də erməni terrorçularının müdafiəsindədirlər. Cənab Prezident demişkən, bir tərəfdən atəşkəsə nail olmaq istəyirlər, bir tərəfdən də humanitar atəşkəs adı altında Ermənistana silah göndərirlər. Ona görə də biz bu məsələlərdə heç bir güzəştə gedə bilmərik. Biz torpaqlarımızı işğaldan azad edirik. Biz torpaq almırıq, heç kəsin ərazilərində döyüş aparmırıq. Biz öz torpaqlarımzı azad etmək istəyirik. Bu mənada cənab Prezidentin dediyi kimi, ədalətsiz dünyadır və biz ədalətsizliyə qarşı mübarizə aparırırq. Bu gün cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz çox böyük uğurlara imza atır. Düşünürəm ki, yaxın zamanlarda işğalçını torpaqlarımızdan qovacağıq.

Digər tərəfdən, 30 ildir özünü bizə ATƏT-in Minsk Qrupu kimi təqdim edən dövlətlər Ermənistana silah verir. Biz bu yöndə də tədbir görməliyik və öz haqqımzı özümüz bərpa etməliyik. Bu gün bu ac dövlətə bu qədər silahın verilməsi, işğala dəstək verilməsi çox anormal haldır. Bu vəziyyət çox acınacaqlıdır. Ona görə də biz heç bir beynəlxalq təşkilatların cəfəng fikirlərinə qulaq asmalı deyilik. ATƏT mənasız qurumdur və BMT öz qəbul etdiyi 4 qətnaməsini qəbul edə bilmədi. Biz öz gücümüzə, xalqımızn birliyinə, Ali Baş Komandanın iradəsinə, bacarığına güvənib torpaqlarımzı işğaldan azad etməliyik.

 

“Erməni faşistlər elə bir xislətə malikdirlər ki…”

 

– Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulmuşdu. Necə hesab edirsiz, ATƏT-in Minsk qrupu bu dəfə Ermənistanı 25 oktyabr atəşkəsinə riayət etməyə cəlb edə biləcəkmi?

 

– Bu mümkün deyil. Atəşkəs elan olunandan bir saat keçməmiş yenə də ermənilər qadağan olunmuş silahlarla mülki əhalimizi bombalamağa başladılar. Erməni dövləti, erməni faşistləri elə bir xislətə malikdirlər ki, çalışırlar ki, ağlaşma qurmaqla vaxt udsunlar. Ona görə də ABŞ-ın iştirakı ilə baş tutan bu sənədin imzasından sonra yenə də atəşkəsi pozdular. Ermənistan ərazisindən, Ağcabədinin, yaxud Tərtərin atəşə tutulması faktdır və beynəlxalq təşlkilatlar bunu yaxşı bilir. Ermənistan heç bir gücə malik deyil və iş onlara qalarsa, heç nə edə bilməzlər. Ermənistanı ona silah verən, münaqişəyə qızışdıran, danışıqları pozmağa vadar edən dövlətlər, güclər var. Lakin həmin dövlətlər də bilməlidir ki, Azərbaycan artıq o dövlət deyil. Qoy nə qədər silah verirlərsə versinlər, biz onsuz da düşməni öz yerinə qədər qovacağıq. Atəşkəsi ortaya atmaqla yenə də vaxt udmağa cəhd edirlər, yenə hiyləgərlik edirlər. Azərbaycan atəşkəsə riayət edir, amma onlar eləmir. Bu baxımdan erməni hiyləsinə uymaq lazım deyil, ATƏT-in Minsk qrupundan tam imtina etmək lazımdır, öz ordumuzun gücü ilə bizə mənəvi dəstək verən Türkiyəyə arxalanıb torpaqlarımızı azad etməliyik.

 

“Bu təlxək Paşinyan millətini qırğına verir”

 

– ATƏT-in Minsk Qrupu dövlətləri Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəlinin müəyyən edilməsindən, eyni zamanda atəşkəsin monitorinqi üzrə Ermənistandan işğal olunmuş ərazilərimizə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını həyata keçirə biləcəklərmi?

 

– Mən illərdir erməniyə dəstək duran güclərin bu gün hansısa monitorinqlə məsələnin çözümünə çalışacağına inanmıram. Elə Prezident yaxşı dedi ki, bu təlxək Paşinyan. Təlxəkdən də betərdi Paşinyan. Bu təlxək Paşinyan millətini qırğına verir. Bunlar üçün heç bir humanitar atəşkəsin əhəmiyyəti yoxdur. Onların monitorinqi nə ola bilər. Ən yaxşısı bu olardı ki, monitorinq aparan dövlətlər Ermənistana silah verməsinlər. İlham Əliyevin dediyi kimi, əgər silah verməsələr və erməniyə ərazilərimizdən çıxarılması ilə bağlı müəyyən bir vaxt verib getmələrini təmin etsələr müharibə də bitəcək. Amma buna getmirlər. İnanıram yaxın zamanlarda  torpaqlarımız işğaldan azad ediləcək və torpaqlarımız azadlığına qovuşacaq.

 

Var olsun Azərbaycan! Yaşasın Ali Baş Komandan və Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Əvvəlki yazı

İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verdi (FOTO)

Sonrakı yazı

Düşmən Tərtəri “Smerç”lə atəşə tutub

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.