08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yaxın Şərqdə gərginlik artır: İraq ABŞ-ı qovur, Ağ Ev isə “getmirəm” deyir

19 Yanvar 2020, 12:58
Siyasət
A A
Yaxın Şərqdə gərginlik artır: İraq ABŞ-ı qovur, Ağ Ev isə “getmirəm” deyir

İraq bir dövlət olaraq, narahatdır. Bu dövlətin rəsmi dairələri İraq ərazisində baş verən və törədilən son hadisələrdən əndişəli olduğunu artıq qətiyyən gizlətmir. Əksinə, bu narahatlığını açıq mətnlə və rəsmi şəkildə bəyan etməkdədir.

Məsələ ondadır ki, İraq rəhbərliyi hər imkanda bu ölkənin ərzisinin növbəti savaşın əsas məkanı kimi seçilməsinə şərait yaratmayacağını xüsusi olaraq, vurğulamağa çalışır. Və bunu edərkən də birbaşa maraqlı tərəfləri qınamaqdan özünü saxlaya bilmir.

Əslində, İraq rəhbərliyi bu mövqeyində müəyyən mənada, haqlı görünür. Ən azından ona görə ki, İraq onsuz da ağır savaşdan çıxıb. Və bu ölkədə daxili situasiya hələ tam sakitləşməyib, normal vəziyyətə dönməyib. İndi İraqın daha bir savaşa məkan seçilməsi hərbi toqquşmaların birbaşa iştirakçılardan daha çox bu ölkəni sarsıda bilər.

Ona görə də, İraq rəhbərliyi ABŞ-dan qoşunlarını bu ölkədən ən qısa zaman intervalında çıxarılmasını tələb edir. Yəni, rəsmi Bağdad demək istəyir ki, “Biz heç kimlə savaşmaq niyyətində deyilik. Ancaq sizin savaşmaq niyyətiniz varsa, qoşunlarınızı da götürün, gedin və başqa yerdə savaşın”.

Bu məsələdə də yenə İraq haqlı görünür. Çünki hazırda ABŞ və İran arasında hərbi qarşıdurma mövcuddur. Amma toqquşmalar bu iki qarşıduran ölkələrə aid coğrafi məkanda deyil, məhz İraqın dövlət sərhədləri içərisində baş verir.

Məsələ ondadır ki, ABŞ İran generalının avtomobilini raketlə məhz İraq ərazisində vurdu. Bunun qarşılığında İran da ABŞ-ın İraq ərazisindəki hərbi bazasını raket zərbələrinə məruz qoydu. Və analoji hərbi toqquşmaların yaxın dövrlərdə yenidən təkrarlana biləcəyi də qətiyyən istisna deyil.

Ona görə də rəsmi Bağdad ciddi şəkildə narahatdır. Rəsmi Bağdad bir-birinə düşmən olan iki dövlətin ABŞ və İranın İraq ərazisində savaşmasını istəmir. Çıxış yolu kimisə, ABŞ qoşunlarının İraq ərazisini tərk etməsinə nail olmaqda görür.

Ancaq İraq rəhbərliyi bu istəyinə nail ola biləcəkmi? Hələlik bu sualın cavabı müsbət məzmun daşımır. Çünki rəsmi Bağdadın Ağ Evə xitabən “ABŞ qoşunlarını İraq ərazisindən çıxarın” tələbi ümidverici qarşılıqdan uzaqdır.

Belə ki, rəsmi Bağdadın həmin tələbinə ABŞ prezidenti Donald Tramp özü şəxsən cavab verib. Ağ Ev sahibi ABŞ-ın İraqdan hərbi qüvvələrini çıxartmağa hazırlaşmadığına eyham vurub.

Картинки по запросу prezident D.Tramp

Maraqlıdır ki, prezident D.Tramp açıq mətnlə bildirib ki, bu, o qədər də bəsit şəkildə qəbul edilə biləcək bir qərar deyil:“Əlbəttə, biz İraq rəhbərliyinin istəyini nəzərə ala və əsgərlərimizi İraqdan çıxara bilərik. Ancaq bu, o qədər də bəsit məsələ deyil. Çünki ABŞ bu illər ərzində İraqda külli miqdarda maliyyə vəsaiti xərcləyib. Bahalı və müasir Beynəlxalq Hava Limanı tikib. İraqdakı ümumi xərclərimiz 35 milyard dollardan çoxdur. Əgər rəsmi Bağdad ABŞ əsgərlərinin İraqdan çıxmasını istəyirsə, onda həmin 35 milyard dolları mütləq bizə ödəməlidir”.

Göründüyü kimi, İraqın “ABŞ qoşunları ərazilərimizdən çıxarılsın” tələbinə Ağ Ev sahibinin cavabı konkretdir. Prezident D.Tramp İraqa “pulumuzu verin” deyir.

Üstəlik, prezident D.Trampın tələb etdiyi maliyyə vəsaiti elə məbləğdədir ki, İraqın onu ödəməsi mümkün görünmür. Yəqin ki, Ağ Ev sahibi də səsləndirdiyi məbləğin İraq tərəfindən ödənməsinin qeyri-mümkünlüyünü bilməmiş deyil.

Ancaq Ağ Ev sahibi bu məbləği tələb edərkən ABŞ İraqa sərf etdiyi xərcləri necə hesabladığına aydınlıq gətirməyi qətiyyən vacib saymır. Böyük ehtimalla prezident D.Tramp bu məbləği dilə gətirərkən rəsmi Bağdada sadəcə, “heç bir yerə getmirik” mesajını vermək məqsədi güdüb.

Картинки по запросу İraqa 35 milyard

Halbuki, Ağ Ev sahibi ABŞ-ın 35 milyardlıq xərclərindən danışarkən, yəqin ki, ölkəsinin İraqa vurduğu zərərin məbləğini də hesablayıb, açıqlamalıydı. Ola bilsin ki, belə bir hesablama ABŞ-ın maraqlarına qətiyyən cavab vermir.

Məsələ ondadır ki, belə bir əks hesablama aparılmış olsaydı, ABŞ-ın İraqa borclu olduğunun ortaya çıxa biləcəyi qətiyyən istisna deyil. Çünki ABŞ ordusunun İraqda reallaşdırdığı hərbi əməliyyatlar nəticəsində bu ölkədə demək olar ki, daş-daş üstündə qalmamışdı, bütün infrastuktur darmadağın edilmişdi, hətta dövlətin özü belə, yoxa çıxmışdı.

Digər önəmli məqam isə ondan ibarətdir ki, İraqın işğalından sonrakı dövrdə ABŞ bu ölkənin enerji resurslarına tam nəzarəti ələ keçirmişdi. Və illər ərzində İraq neftini heç bir hesablama aparmadan “su qiyməti”nə daşıyıb, aparmışdı. Heç şübhəsiz ki, ABŞ nəinki tikdiklərinin, hətta İraqdakı öz hərbi əməliyyatlarının belə, xərclərini bu ölkənin təbii sərvətlərini nəzarətsiz daşımaq hesabına artıq çoxdan, həm də dəfələrlə çıxarıb.

Bu baxımdan, prezident D.Trampın məlum cavabını belə bir zəngin təbii sərvətləri olan bu ölkəni tərk etmək niyyətlərinin olmaması kimi anlamaq üçün müəyyən əsaslar var. İraqın bu situasiyanın qarşılığında hansı addımları ata biləcəyi isə ümumiyyətlə, müəmmalı məqamdır.

Əvvəlki yazı

Timoşenko: “Ukraynanın ləğvi prosesi başlayıb” –Video

Sonrakı yazı

Prezidentdən 20 Yanvar paylaşımı – VİDEO

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.