23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yaşayan qəhrəmanlıq ünvanı: Fəxrəddin Cəbrayılov

26 İyul 2019, 12:53
Cəmiyyət
A A
Yaşayan qəhrəmanlıq ünvanı: Fəxrəddin Cəbrayılov

Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, Qəhrəmanlıq bizə tariximizin dərinliklərə uzanan qatlarından gəlir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Həzi Aslanov, Mehdi Hüseynzadə və adını sadalamadığımız neçə-neçə igid və cəsur oğullarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ancaq unutmayaq ki, qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bəlkə də buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İşıqlı duyğularla, niyyətlərlə yaşayan böyük əməl sahibləri seçdikləri yolda sona qədər əzmlə, yorulmadan, usanmadan maneələri heçliyə çevirərək irəliləyirlər. O yolun sonunun işıqlı sabahlara qovuşacağına əmin olduqlarından simalarındakı nurlu təbəssüm də, gözlərinin dərinliyindəki məna da “Öncə Vətəndir!” deyir. Qəhrəmanların niyyəti, məqsədi, dönməz iradələri xalqının, millətinin mənafeyinə xidmət edir.
Vətən sevgisinin bənzərsiz tərcümanları olanları ruhumuzla hiss edirik. Müqəddəs zirvəyə ucalanların ürəklərinin dərinliyində Vətən dərdlərinin hüznlü həsrəti olmasaydı, onlar böyük sevgi yolunun yolçularına çevrilə bilərdilərmi?! Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, örnəyi olan Milli Qəhrəman Fəxrəddin Cəbrayılov kimi kimi. Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi , Milli Qəhrəman , Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş hərbi rütbəli zabit Fəxrəddin Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Uşaqlıq illəri Culfa şəhərində keçmişdir. Atasının Almaniyada yerləşən Sovet Qoşunları Qrupunda xidmət etməsi ilə əlaqədar, ibtidai təhsilini orada almışdır. Sonra Bakıya gələrək orta təhsilini burada başa vurmuşdur. 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olur və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Gənc komandir təyinatla Almaniyada yerləşən Sovet Qoşunları Qrupuna göndərilir. O, bir il 52262 saylı hərbi hissənin motoatıcı taqımında, dörd il isə 60366 saylı hərbi hissənin əlahiddə qumbaraatan taqımında komandir vəzifəsində çalışır. 1984-cü ildən öz fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir.
İllər ötür. F.Cəbrayılov doğma respublikaya dönür. O, Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilir. Öz xidməti vəzifəsini uğurla davam etdirməklə o, hərbi biliklərə yiyələnməyi də unutmurdu, oxumaq, öyrənmək arzusu ilə yaşayırdı. Bu məqsədlə o, 1986-cı ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində yerləşən Ali Zabitlər Kursunu bitirdi. Onu Respublika Hərbi Komissarlığında 4-cü şöbənin rəis müavini vəzifəsinə təyin etdilər. 1992-ci ildə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin nizamlanması şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi.
1992-ci il… Oktyabr ayı… Cəbhə bölgəsində vəziyyət gərginləşirdi. O, 656 saylı hərbi hissədə əlahiddə motoatıcı taborunun komandiri təyin olundu. Bir il sonra isə Naxçıvanda yerləşən motoatıcı alayın komandirliyi ona tapşırıldı.
1993-cü il… Beyləqan istiqamətində qanlı döyüşlər gedirdi. 704 saylı motoatıcı briqadasında qərargah rəisi idi. Beyləqan rayonu və onun mərkəzi tam təhlükə altında idi. Şəhərdə xeyli dağıntı və itki var idi. F.Cəbrayılovun təklifləri əsasında hazırlanmış əməliyyatlar öz bəhrəsini verdi. Erməni quldurları xeyli hərbi texnika və canlı qüvvə itirərək, geri çəkilməyə məcbur oldular.
1994-cü ilin fevral ayından isə o, Füzuli və Kəlbəcər istiqamətlərində döyüşən, Gəncə şəhərini qoruyan 172 saylı motoatıcı briqadasına komandir təyin olundu. Onun müxtəlif vaxtlarda komandiri olduğu tabor, motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdir. O, 1996-cı ilin iyul ayından Bakının Qaradağ rayon Hərbi Komissarı vəzifəsində çalışır.
Azərbaycan Respublikası prezidentinin fərmanı ilə F.Cəbrayılov 1994-cü ilin oktyabr ayında “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Yaxın tariximizin ən parlaq səhifəsi olan Aprel döyüşləri Azərbaycan ordusunun illərlə formalaşan yüksək döyüş ruhunun olduğunu göstərdi. Həmin günlər eyni zamanda Azərbaycan xalqının bir komanda kimi torpaqların azad olunması üçün döyüşə atılmağa hazır olduğunu təsdiqlədi. Nə qədər ki, erməni hakimiyyəti siyasi reallığı dərk etməyib müharibənin başlaması hər an realdır. Bu isə peşəkar, döyüş yolu keçmiş zabitlərin gərəkliyini ikiqat artırır. F.Cəbrayılov həm yüksək ali hərbi təhsili, həm keçdiyi döyüş yolu, həm də Milli Qəhrəman kimi vətənpərvərliyi ilə bu sırada öndə gedənlərdəndir. Yaşının bu vaxtında belə o hr an vətən torpaqları uğrunda əlinə silah almağa hazırdır. F.Cəbrayılov kimi general və Milli Qəhrəmanın timsalında gənc nəsl əmin olur ki, biz ağrılar, faciələr, soyqırımlar yaşamışıq, ancaq Azərbaycan xalqı aciz bir xalq deyil, bu xalqın qəhrəman oğulları var. Bu qəhrəman oğulları görərək onlar özündə o gücü tapmalıdır, onlardan örnək götürməlidir. Bizim torpaqlarımızın bir hissəsini düşmən müvəqqəti olaraq ələ keçirib. Ancaq o torpaqlar düşmənin deyil. Bu xalq da bu müvəqqəti itki ilə barışmayacaq.

Əvvəlki yazı

Büdcədəki kəsirlə bağlı Maliyyə Nazirliyindən açıqlama – “BU KƏSİR…”

Sonrakı yazı

Sabah Bakıda və rayonlarda yağış yağacaq –Hava proqnozu

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.