12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

27 Fevral 2021, 12:51
Seçmə, Sosial
A A
Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

Bakıda illərdir tikinti şirkətlərinin fırıldaqları ayrı-ayrı cinayət işlərinin araşdırma mövzusudur. Qanunlar dəyişdirilib təkmilləşdirildikcə cinayətlər də ağlasığmaz xarakter alır.

Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində vətəndaş Natiq Ələsgərovun torpaq sahəsi ələ keçirilib. “Elçin” firmasının rəhbəri İbad Əliyev Mirzəağa Əliyev küçəsi 43 və 45 ünvanlarında çoxmərtəbəli bina inşa edib.

Tikinti sahəsinin altına düşən torpaqda bir neçə vətəndaşın evləri və digər təyinatlı əmlakları olub. Tikinti aparılan dövrdə vətəndaşlara əmlaklarına görə kompensasiya ödəniləcəyi vəd olunub. Lakin illər ötüb, vətəndaşlar kompensasiyanı ala bilməyblər. İbad Əliyev kompensasiya əvəzinə vətəndaşlara vəd verib.

İllərlə uzanan süründürməçilikdən bezən vətəndaşlar Yasamal rayon icra hakimiyyəti başçısı Elşad Həsənova müraciət ediblər. Onlara qarşı baş verən dələduzluğa son qoyulmasını və kompensasiya ödənilməsini istəyiblər. Bundan sonra İbad Əliyev Yasamal İcra Hakimiyyətinə dəvət olunub və vətəndaşların tələbləri diqqətinə çatdırılaraq təmin edilməsi şərti qarşısına qoyulub.

İcra Hakimiyyətində verdiyi vədi oradan uzaqlaşandan sonra İbad Əliyev “unudub”. İndi də deyir ki, “Memar-2″ MTK-ya aidiyyəti yoxdur, sadəcə ”Elçin” firması ilə “Memar-2″ MTK arasında M.A.Əliyev küçəsində bina inşa edilməsi, sakinlərin köçürülməsi və binanın tam təhvil verilməsi haqda müqavilə bağlanıb.

Dediyinə görə, baxmayaraq ki, ”Elçin” firmasının təsisçisidir və direktorudur, firmanın əsl sahibi Azadxan Allahqulu oğlu Xanməmmədovdur. Şikayətçinin əlindəki sənədin saxta olduğunu iddia edir.

Bununla yanaşı deyir ki, sənəd saxta da, doğru da olsa, vətəndaşla razılığa əvvəl-axır gələcəklər. Eyni zamanda, vətəndaşa kompensasiyanın Azadxan Xanməmmədov tərəfindən ödənməli olduğunu da bəyan edir.

İbad Əliyev bir tərəfdən bildirir ki, şikayətçinin çıxarışı saxtadır, sonra qəbul edir ki, Ələsgərova kompensasiya ödəniləcək, digər tərəfdən bildirir ki, “Memar-2″ MTK-ya aidiyyəti yoxdur. Lakın rəsmi məhkəmə sənədlərində bildirir ki, ”Memar-2″ MTK-nın təsisçisidir. İbad Əliyevin Yasamalın icra başçısına yazdığı məktubda da məsuliyyəti üzərindən atmağa çalışır:

“Yazıb sizə bildiririk ki, ”Memar-2″ MTK ilə “Elçin” firması ilə arasında bağlanmış 2 may 2002-ci il tarixli kooperativ yaşayış binasının tikilməsi barədə podrat müqaviləsinə əsasən kooperativə ayrılmış sahədə sakinlərin köçürülməsi, ərazidə avtodayanacaqların tikilməsi, ümumi təyinatlı sahənin tamamlanması, hətta mənzillərin və qeyri-yaşayış sahələrinin satışı podratçıya həvalə edilməklə tərəfimizdən həyata keçirilib.

“Elçin” firmasının təsisçi və direktoru olmağıma baxmayaraq, sözügedən ünvanda binanın tikintisinə, sakinlərin köçürülməsi, satışdan əldə edilən gəlir mənə məxsus olmayıb. Faktiki tikintinin sahibi və gəlir əldə edəni Azadxan Allahqulu oğlu Xanməmmədov olmuşdur.

Azadxan Xanməmmədova dəfələrlə etmiş olduğum müraciətlər nəticəsiz qalıb. Nəticədə şikayətçilər ilə aramızda narazılıq yaranmışdır. Həmçinin bildiririk ki, Azadxan Xanmammədov binanın qeyri-yaşayış sahəsini və həmin binada mənzili adına rəsmiləşdirdikdən binanın tamamlamamış, sakinlərin haqlı narazılıqllarına son qoyulması məqsədi ilə özüm məcburiyyət qarşısında qalıb borca girib 66 min 212 manat vəsait xərcləmişəm.

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında aparılan danışıqlar zamanı da müəyyən edilib ki, şikayətçilərin kompensasiyalarının ödənilməsi faktiki sahib və binanın tikintisi nəticəsində gəlir əldə elmiş olan Azadxan Xanməmmədov olub.

Göstərilənlərə əsasən, sizdən xahiş edirik ki, yaranmış mübahisəyə son qoyulması məqsədi ilə Bakı şəhəri, M.A.Əliyev küçəsi 45 saylı ünvanda inşa edilmiş yaşayış binasının tikintisinin faktiki rəhbəri Azadxan Xanməmmədovun mənə və şikayətçiyə vurduğu ziyanın dəqiqləşdirilməsi, bizlərin hüquqlarının bərpa edilməsi məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət edəsiniz”.

İbad Əliyevin başçıya göndərdiyi əlyazmalarda binanın tikintisi zamanı qeyri-rəsmi ödəmələrlə bağlı qeydlər əksini tapır. Həmin qeydlərlə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparması zərurəti ortadadır.

Əvvəlki yazı

İlham Əliyev daha bir rekordu qırdı – Türkiyə mediası

Sonrakı yazı

Paşinyanı generalitet əvəzləsə… – Bakıdan sərt xəbərdarlıq

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.