15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YASAMALDAKI QANUNSUZ TİKİLİLƏR…- Cavabdeh dövlət məmurları hara baxır?

28 Fevral 2019, 18:46
Gündəm
A A
YASAMALDAKI QANUNSUZ TİKİLİLƏR…- Cavabdeh dövlət məmurları hara baxır?

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından bir faktı xatırlatmaq istərdim: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır”.

Dövlət başçısı bu sahədə müvafiq sərəncamın imzalandığını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də binanın tikilə bilməyəcəyini qeyd edib. Ölkə başçısının bu qaydanı pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini və qanunsuz tikilən binaların dərhal söküləcəyini bildirib.

Yaxşı olardı ki, Azərbaycan Prezidentinin həmin iclasda dediklərini olduğu kimi diqqətinizə çatdırım: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.

Bu çıxışdan və qətiyyətli tapşırıqdan sonra güman etmək olardı ki, bəzi məmurlar, həmçinin şəhər ərazisindəki tikililərə nəzarət edən rayon icra hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri özlərində bir məsuliyyət hiss edəcək və nəhayət, qanunsuz tikililərə “icazə” verməkdən vaz keçəcəklər. Keçmişdə buraxdıqları “səhvləri” düzəldəcək, vətəndaşlara problem yaradan qanunsuz tikilələr barədə düşünəcəklər. Ancaq, sən saydığını say… gör onlar nə sayır.

Sekil-1

Yaxın günlərdə yolum Yasamal rayonundakı Ə.Ələkbərov küçəsindəki 510-cu məhəllədki 15 nömrəli binaya düşmüşdü. Həmin bina , demək olar ki, şəhərin mərkəzi hesab olunur. Bu binanın birinci mərtəbəsi ticarət obyektlərindən ibarətdir və insafən, qarşı tərəfi səliqəlidir. Anacq həmin binanın arxa tərəfinə keçdikdə isə… gördüklərinə inana bilmirsən. necə deyərlər, “Çölü bəzək, içi təzək”. Birinci mərtəbə başdan- başa beşmərtəbəli binaya yamaqdı. Kimin kefi necə istəyibsə, elə də artırma edib. Həmin artırmalar II mərtəbədə yaşayanlar üçün ciddi problem yaradıb. Ancaq bu barədə heç kim düşünməyib.

İkinci mərtəbədə yaşayanların sözünə, şikayətinə baxan kimdir? Nə istəyirsən tik, necə istəyirsən tik. Heç layihə də lazım deyil. Təki.. Bunu Yasamal rayonundakı Ə.Ələkbərov küçəsindəki 510-cu məhəllədki 15 nömrəli binaya baxanda da açıq şəkildə görmək mümkündür. Beşmərtəbəli binanın arxa hissəsnidə birinci mərətbəyə vurulmuş “yamaqlara”, qanunsuz tikililərə baxanda, fikirləşirsən ki, görəsən bu tikiləlri görən olmayıbmı? Axı indi həyətində bir toyuq damı tikəndə həm rayon icra hakimiyyıətinin, həm də Bakı Şəhər İcra Hakimiyyıtinin məsul şəxsləri dərhal başının üstünü kəsdirir. Bəs bu qədər qanunsuz tikilini görən olmayıbmı? Axı bura nə Əhmədli, nə Suraxanı, nə Qaradağ, nə də gözdən uzaq digər Bakıətrafı qəsəbə deyil. Şəhərin lap mərkəzidir.

2

Binanın sakini Mirzəyeva Ədilə Niyaz qızı ilə söhbət edirik. Deyir ki, mənim mənzilimin iki pəncərəsinin altından qanunsuz anbar tikilib. Bu tikili binaya yamaq vurulub. Həmin tikilidən sonra ev sahibinin qara günləri başlayıb. Çünki qeyri-qanuni tikilinin üzərinə çıxaraq, çox asanlıqla mənzilə oğurluğa girmək mümkündür. Bu tikili oğrular üçün çox əlverişli şərait yaradılıb. Bundan əlavə, həmin tiklinin üstündən, mənzilin pəncərələrinin altından müxtəlif kabellər çəkilib. Bu da ciddi təhlükə törədə bilər. Artıq həmin tikilidən sonra mənzildə bir dəfə oğurluq olub. Bu barədə ərazinin Polis şöbəsində də məlumat var. İndi mənzil sahibinin öz evində rahat yaşaması üçün ciddi təhlükə yaranıb. Kimlərsə hər an mənziliə girə bilər. Bu, şahidi olduğumuz hadisənin yalnız biridir.

Belə qeyri-qanuni tikililər sakinlər üçün ciddi təhlükə və qorxu yaradır. Həmin tikiliyə “icazə verən” , daha dəqiq desək, göz yuman dövlət məmurunun nə vecinə ki, kiminsə mənzilindən oğurluq və ya kiminsə evinə gecədən xeyli keçəndən sonra basqın oldu. Bu şəraiti yaradan, daha doğrusu, qanunsuz tikiliyə göz yuman dövlət məmuruna nə ad vermək olar? O, hansı haqla tutduğu vəzifəyə layiqdir?

3

Prezident İlham Əliyevin qanunsuz tikililərin qarşısının alınması barədə verdiyi tapşırıqlra əməl etməyən, sakinlərin narahatlığı naminə adını “gecəqondu” qoyan, (əslində, bu “gecəqondulara” da şəraiti yaradan özləridir) qanunsuz tikilələrə göz yuman dövlət məmuru daşıdığı vəzifənin məsuliyyətini dərk edirmi?

Görəsən bu acınacaqlı vəziyyətlər çoxmu davam edəcək. Sakinlər ümid edirlər ki. Yasamal rayonundakı Ə.Ələkbərov küçəsi 510-cu məhəllədki 15 nömrəli binada da bu acınacaqlı mənzərənin yaranmasına imkan verən, onların rahatlığını pozmağa şərait yaradan məsul şəxslər gec-tez qanun qarşısında cavab verəcəklər. Çünki onlar Azərbaycan Prezidentinin qanunsuz tikililərin qarşısınn alınması barədə verdiyi tapşırıq və göstərişlərə hörmtsizlik edirlər.

Əliqismət BƏDƏLOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Əvvəlki yazı

Azərbaycanlı deputat: “İranın tərbiyəsizliyinə sərt cavab verməliyik!”

Sonrakı yazı

Sədaqət Qəhrəmanova ordenlə təltif edilib

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.