10-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yarış zamanı idmançını öldürən şəxs: “Naharda 100 qram araq içmişdim”

20 İyun 2023, 15:10
Cəmiyyət
A A
Yarış zamanı idmançını öldürən şəxs: “Naharda 100 qram araq içmişdim”

Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

O ifadəsində göstərib ki, Sumqayıt şəhər sakinidir, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsidir. Cüdo idman növü ilə uşaqlıqdan məşğul olub, Azərbaycanda və xarici ölkələrdə nailiyyətləri var.

Ruslan Səfixanovun sözlərinə görə, hadisə günü saat 09 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan Olimpiya İdman Kompleksində yetkinlik yaşına çatmayan idmançılar arasında idman yarışları keçirilib. Həmin yarışa Sumqayıtdan məşqçilərin rəhbərliyi ilə 9 nəfərlik heyət gəlib. O, isə psixoloji və mənəvi dəstək vermək üçün həmin komanda ilə yarışa qoşulub.

Təqsirləndirilən şəxs deyib ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş Turan Rüstəmovu həmin günədək tanımayıb, onunla birgə yarışlarda olmayıb, heç bir ədavəti və düşmənçiliyi olmayıb. Həmin gün saat 10 radələrində yarış başlanılıb, təxminən saat 12 radələrində komanda üzvləri olan Elmir və Kənanla birlikdə idman kompleksinin yanında yerləşən “Oba Market”ə gedərək oradan çörək, pendir, kolbasa, 500 ml həcmdə spirtli içki olan araq alaraq idman kompleksinə qayıdıb. Geri qayıdıb nahar etməyə başlamaq istəyəndə məlum olub ki, aldıqları ərzaqları doğramaq üçün bıçaq yoxdur. Bu səbəbə görə idman kompleksinin yaxınlıqda yerləşən adını bilmədiyi inşaat malları mağazasından bir ədəd mətbəx bıçağı alıb geri qayıdıb. Nahar zamanı aldığı 0,5 litr həcmində araqdan 100 qramını soyuq çayla qarışdırıb içib.

Ruslan bildirib ki, saat təxminən 14 radələrində komandanın yarışını tatamiyə yaxın məsafədə yerləşən tribunadan izləyib, pilləkənlərlə tribunaya doğru qalxan zaman Turanın orada tək oturduğunu görüb: “Turan ayaqlarını qarşısındakı oturacağın üzərinə qoyduğu üçün mənim oturmağıma maneə yaratdı. Ona buna görə irad tutaraq ayaqlarını oturacaqdan endirməsini tələb etdim. Cavabında Turan məni söyüb təhqir etdi. Bu səbəbdən Turana bir şillə vurdum. Turan isə mənə təpik-yumruq atdığı üçün onu vurdum. Bu zaman Turan məni ağır söyüşlə söydüyü üçün şalvarımın belinə qoyduğum bıçağı çıxardım. Lakin həmin bıçaqla Turana yetirdiyim xəsarətlərin sayını artıq xatırlamıram. Çünki özümdə olmamışam. O zaman ayıldım ki, polislər məni tutub saxlayıb və bıçağın əlimi də kəsdiyini gördüm. Bir daha bildirirəm ki, zərərçəkmiş şəxsi 2-ci dəfə ailə üzvlərimi söydüyü üçün bu cinayəti törətdim”.

Qeyd ediək ki, Hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü RuslanSəfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlki yazı

Bu şəxslər 8 min manatadək cərimələnəcək

Sonrakı yazı

“Səbail” rəhbərliyində istefa

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.