07-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yaqut Nərimanın qətli, Orxan Məmmədlinin intiharı və təhlükəli Zaur Baxşəliyev sindromu

18 Oktyabr 2023, 11:20
Gündəm, Cəmiyyət
A A
Yaqut Nərimanın qətli, Orxan Məmmədlinin intiharı və təhlükəli Zaur Baxşəliyev sindromu

Son günlər ərzində cəmiyyəyətdə ciddi rezonans doğuran və insan ölümü ilə nəticələn iki mühüm hadisə baş verib. Birincidə Yaqut Nəriman adlı xanım müğənni öz xalasıoğlu olan həyat yoldaşı tərəfindən qətlə yetirilib. İkinci hadisədə isə jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı olduğu deyilən Orxan Məmmədli öz ofisində intihar edib.

Hər iki hadisədə adları hallanan şəxslər cəmiyyətdə tanınan olduqları üçün, bu mövzular ətrafında müxtəlif versiyalar səslənməyə başlayıb.

Çox maraqlıdır ki, artıq bu məsələlər peşəkar media və bəzi telekanallarda əndazəni aşan tərzdə, istintaq sirrinin yayılmasına məhəl qoyulmadan, ölən və öldürülənlərin ruhuna hörmət bəslənmədən müzakirəyə çıxarılır.

Konkret fakta keçək. Zaur Baxşəliyev adlı teleaparıcı müəllifi olduğu verilişdə hər iki hadisənin qurbanları ilə bağlı mənəviyyatdan, qanunun tələblərindən uzaq olan mövqe sərgiləyib, bu yöndə olan müzakirələrin açılmasına birbaşa şərait yaradıb.

Həyat yoldaşı tərəfindən öldürülən 38 yaşlı müğənni Yaqut Nərimanın nəşi hələ məzara qoyulmamış, efirə müğənni Əli Mirəliyevi qoşub, ondan hadisəyə münasibət öyrənib.

Saçından-saqqalından, yaşından-başından utanmayan Əli Mirəliyev də gül ağzını açıb, faciəli şəkildə dünyasını dəyişən xanımın həyat tərzi, əxlaqı ilə bağlı lüzumsuz ifadələr işlədib. Zaur Baxşəliyev də reytinq xatirinə əxlaqdan, mənəviyyatdan uzaq olan və birbaşa hüquqi məsuliyyət yaradan həmin fikirləri verib efirə.

Cəzasızlıq mühitindən istifadə edən və cəmiyyətin sərt təpkisini görməyən Zaur Baxşəliyev fəaliyyətini eyni qaydada Orxan Məmmədlinin olümü ilə bağlı da davam etdirib. Bu dəfə efirə ABŞ-da yaşayan Meiza adlı bir xanımı qoşub.

O deyib ki, bəs Orxan bir evli xanımı sevib və xanımın əri bundan xəbər tutduğu üçün, iş adamı intihar yolunu seçib. Sual olunur: Zaur Baxşəliyev niyə bu mövzuda özünə ekspert kimi məhz Meizanı seçib? Meiza ABŞ-da otura-otura burada nəyin baş verdiyini haradan bilir?

Onun bu açıqlaması istintaqın gedişinə birbaşa mane ola bilərsə, niyə aparıcı Zaur barədə hüquqi ölçü götürülmür? Bəs Audiovizual Şura hara baxır? Bir sözlə, suallar çoxdur.

Mən Meizanın kim olduğunu araşdırdım. Əsl adı Mahizər olan bu xanım uzun illərdi ki, ABŞ-da yaşayır. Həmin ölkədə özü ilə eynicinsdən olan bir xanımla rəsmən ailə qurub. Bunu həm də gizlətmir, açıq da etiraf edir. Xanımın əsas məşğuliyyətlərindən biri də kazinolarda qumar oynamaqdır.

Yəqin ki, qeyd etdiyim bu detalları Meiza xanımın özü də inkar etməz. Çox maraqlıdır, Zaur Baxşəliyev niyə məhz bu xanımı özünə ekspert seçərək, həssas bir mövzu ətrafında danışdırır? Axı bu adam kriminalistika, ailə məişət məsələləri üzrə ekspert deyil.

Hər iki faciənin qurbanlarının ailəsində kifayət qədər tanınan jurnalistlər var. Yaqut Nərimanın bacısı Shalala Isgandarova, Orxan Məmmədlinin isə həyat yoldaşı Turkan Məmmədli təcrübəli həmkarlarımızdandır.

Təcili şəkildə bu məsələ ilə bağlı əlaqədar qurumlara şikayət ünvanlasınlar ki, reytinq güdənlərin fəaliyyəti gələcək üçün pis president yaratmış olmasın.

Tədbir görülməsə, onlar da Zaur Baxşəliyevin fəaliyyəti, şəxsi həyatı barədə istənilən tərzdə danışmaq istəyənlərdən müsahibə alıb tirajlasınlar. Əminəm ki, bu yöndə açıq şəkildə öz adı ilə müsahibə vermək istəyən yüzlərlə adam ortaya çıxacaq. Bəlkə bundan sonra teleaparıcı nə etdiyinin fərqinə varmış olar…

Məhəmmədəli Qəribli

Əvvəlki yazı

Zərərçəkmiş: “Vaqif Xaçatryanın dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib” (YENİLƏNİB)

Sonrakı yazı

Xaçatryan etiraf etdi: Meşəliyə hücum planı harda hazırlanıb?

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.