Yaponiyanın paytaxtı Tokionun Şinaqava bölgəsində tikinti sahəsində yerləşən təxminən 20 ton ağırlığında olan kran yerli vaxtla saat 10:00 radələrində naməlum səbəbdən 2 avtomobilin və bir pikapın üzərinə düşüb. Əraziyə yanğınsöndürənlər göndərilib.
Yük maşınında olan 50 yaşlarında bir kişinin yaralı olaraq xilas edildiyi, avtomobillərdən birində olan 40 yaşlarında bir kişinin həyatını itirdiyi açıqlandı.
Qəzanın baş verdiyi tikinti sahəsinin yaşlılar üçün nəzərdə tutulmuş müəssisənin inşası olduğu öyrənilib və hadisə ilə bağlı ətraflı araşdırma başlanılıb.