Yaponiyada güclü zəlzələ oldu
Reportyor.info Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Rixter şkalası ilə 6.1 balla qiymətləndirilən təbiət hadisəsi paytaxt Tokionun cənubundakı Oqasavara adasında qeydə alınıb.
Yeraltı təkanın ocağı yerin 400 kilometr dərinliyində yerləşib. Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.