Yaponiyada bu gün 6,5 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyindən (JMA) əldə edilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:42-də İşikava əyalətinin sahillərində baş verib. Zəlzələnin yerin 10 kilometr dərinliyində qeydə alındığı bildirilib və başda Niiqata, Toyama, Fukui və Fukusima əyalətlərində başda olmaqla bir çox bölgədə hiss olunduğu açıqlanıb. Sunami təhlükəsinin olmadığı bildirilib. JMA, sahil bölgələrində dəniz səviyyəsində dəyişikliklərin baş verə biləcəyi barədə xəbərdarlıq etdi.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno zəlzələdən sonra verdiyi açıqlamada, hökumətin zəlzələnin təfərrüatlarını təsdiqləməyə çalışdığını, zəlzələnin episentri olan İşikava əyalətində bəzi evlərin çökdüyü barədə məlumat aldıqlarını ifadə etdi.
Matsuno bildirib ki, İşikava əyalətindəki Şika Atom Elektrik Stansiyasının işində heç bir anomaliya aşkar edilməyib.
Suzu şəhərində yaşayan adı açıqlanmayan şəxsin zəlzələnin təsiri ilə pilləkənlərdən yıxılaraq öldüyü öyrənilib.