Yaponiyanın Kiyevə dəstəyi Rusiyanın Ukraynaya hücumlarından sonra da davam edir. İki Ukrayna əsgəri Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDQ) aid xəstəxanada müalicə olunmaq üçün paytaxt Tokioya gətirilib. Bildirilib ki, biri bir ayağını, digəri isə 2 ayağını müharibədə itirmiş 2 əsgərə reabilitasiya prosesi tətbiq olunacaq, protez ayaqları taxılacaq. Müalicə xərclərinin Yaponiya hökuməti tərəfindən qarşılanacağı öyrənilərkən, Yaponiya Müdafiə Naziri Yasukazu Hamada mövzu ilə bağlı verdiyi açıqlamada əsgərlərin ölkələrinə dönə bilmələri üçün ən qısa zamanda müalicə etmək istədiklərini bildirib. Ukraynanın Tokiodakı səfiri Sergiy Korsunski “Bu dəvət və yardıma görə Yaponiya hökumətinə minnətdarıq” dedi.
class=”medianet-inline-adv”>
2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı işğal cəhdi qarşısında Yaponiya Qərb dünyasının tərəfini tutdu və Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq etdi. Ukraynaya humanitar yardım edən Tokionun yaralı ukraynalı əsgərləri ölkədə müalicə etməyə qərar verdiyi də açıqlanıb.