YAP-ın 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədi Elşad Mirbəşir barəsində maraqlı iddialar yayılıb.
Reportyor.info-nun məlumatına görə, YAP-ın Göygöl təşkilatının sədri Turan müəllimin təzyiqləri nəticəsində 7 iddialı namizədliyini geri götürməli olub.
Onlardan biri isə Avropada təhsil almış gənc namizəddir. YAP sədri E.Mirbəşirin deputat seçilməsinə nail olmaq üçün bu cür vasitələrə əl atdığı bildirilir.
Qeyd edək ki, onun atası Göygölün təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Lakin işlədiyi müddətdə fəaliyyətində yol verdiyi nöqsanlara, korrupsiya və rüşvətə görə vəzifəsindən azad olunub.
Rayonda yayılan məlumatlara görə, E.Mirbəşirin atası məhkumluq həyatı yaşayıb, 2007-ci ildə məhz təhsil şöbəsindəki qanunsuz əməlləri ilə bağlı mühakimə olunub.
Deputatlığa namizədin atasının 7 il azadlıqdan məhrum edildiyi, onun 3 ilini cəzaçəkmə müəssisəsində, yerdə qalan 4 ilini isə şərti azadlıqda keçirdiyi xəbərləri var. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.