YAP-ın deputatlığa namizədi, “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. Reportyor.info xəbər verir ki,işadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.
Xatırladım ki, Masallıdan olan məşhur işadamı iki il əvvəl Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee ünvanında villa alıb və bunun üçün 1 140 000.00 dollar ödəyib.