Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının yaranmasında müstəsna xidməti olmuş Əlikram Əliyev partiya sıralarını tərk etdiyini bəyan edib.
Vaxtilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi işləmiş, hazırda Bakı Folklor Teatrının rəhbəri olan Əlikram Əliyev hakim partiyadan getməsini yaranan fikir ayrılıqları ilə izah edib.
Reportyor.info xəbər verir ki, o, Xəzər rayonunda və ölkədə baş verən özbaşınalıqlarla əlaqəli dəfələrlə müvafiq qurumlara müraciət ünvanlayıb.
Müraciətlərini sosial şəbəkələr üzərindən də ictimailəşdirib. Lakin hər hansı bir tədbir görülməməsi Əlikram Əliyevin partiyadan getməsi qərarını qətiləşdirib.