Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyanın namizədlərini açıqlayıb.
Axşam.az-ın əldə etdiyi məlumata görə, partiyanın İdarə Heyətinin qərarına əsasən, xanəndə, Xalq artisti Mənsum İbrahimov YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədi olub.
Buna qədər həmin dairədən jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov millət vəkili idi.
Qeyd edək ki, YAP-ın namizədlər siyahısı az sonra dərc ediləcək.