10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YAP-ın qurultayı nələri dəyişdirəcək? (ŞƏRH) SİYASƏT

04 Mart 2021, 15:31
Gündəm
A A
YAP-ın qurultayı nələri dəyişdirəcək? (ŞƏRH) SİYASƏT

Hakim Yeni Azərbaycan Partiyasının martın 5-də növbədənkənar qurultay keçirəcəyi barədə yayılan məlumatlar siyasi kluarlarda ciddi müzakirə mövzusuna çevrilib. Hakim partiyanın ali orqanının sabah hansı səbəbdən toplaşacağının səbəbləri açıqlanmadığından müxtəlif versiyalar səslənməkdədir. Diqqət çəkən versiyalardan biri YAP-ın Mərkəzi Aparatını inhisarda saxlayan və şərti olaraq “köhnə qvardiya” adlandırılan qüvvələrdən təmizlənməsi barədədir.

YAP-ın qurultayları 5 ildən bir keçirilir. Hakim partiyanın ali orqanı sonuncu dəfə 2018-ci ilin fevral ayında toplanıb. Bu baxımdan, təxminən 3 ildən sonra qurultayın çağrılması səbəblərinə diqqətin artması anlaşılandır.

Sonuncu prezident seçkisindən öncə keçirilən qurultaydan sonra hakimiyyət komandasında önəmli dəyişikliklər olub. Ölkə siyasətinin “boz kardinalı” sayılan Ramiz Mehdiyev başda olmaqla məmur-oliqarxların əksəriyyəti ali hakimiyyət nümayəndəsi statusunu itiriblər.

Həmçinin, son prezident seçkisindən dərhal sonra ölkədə islahat anonsu verən hakimiyyət korrupsiya ilə mübarizədə əvvəlki dövrlə müqayisədə daha sərt davranmağa başlayıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında həbslərlə müşayiət olunan əməliyyatlar da bunu göstərir. Bu əməliyyatlar zamanı həbs edilən məmurlar hakim partiyada ciddi postlarda təmsil olunan və kifayət qədər təsir imkanları olan fiqurlar idi.

Digər tərəfdən, 44 günlük Vətən Müharibəsinin nəticələri də yeni idarəetmə sisteminin yaradılmasını şərtləndirir ki, bu da hakim partiyanın yenilənməsini zərurətə çevirir.

Son illər YAP-ın fəlaiyyətində axsamalar müşahidə olunurdu. Hakim partiya hətta Prezident İlham Əliyevin əməli fəaliyyətinə siyasi dəstək verə bilmirdi. Daha doğrusu, YAP-ın Prezindetin fəaliyyətinə dəstəyi az qala hakimiyyətin əleyihinə çevrilirdi.

Başqa tərəfdən, Azərbaycanın yerləşdiyi coğrafiya ilə bağlı yaşanan geosiyasi proseslər də hakimiyyətin daha çevik olmasını və təzyiqləri neytrallaşdırmaq üçün təcili “yastıq”lar formalaşdırmağı zəruri edir. Bu baxımdan, hakim partiyanın siyasi güc kimi yenidən meydana çıxması labüddur.

Hazırda YAP-ı faktiki olaraq idarə edən partiya funksionerlərinin əksəriyyəti ictimai rəydə mənfi reputasyaları ilə tanınır. Elə bu səbəbdəndir ki, YAP-ın icra katibi Əli Əhmədovdan tutmuş Elman Nəsirova qədər hakim partiya üzvlərinin açıqlamaları çox vaxt cəmiyyətdə qıcıq doğurur. YAP funksionerlərinin konskruktiv müxalifət nümayəndələri ilə keçirdiyi debatlara sosial şəbəkələrdə verilən reaksiyalar bunu əyani nümayiş etdirir. İndi cəmiyyət daha çox hakim partiyanın rəhbərliyində təmsil olunmayan və Prezidentin son illər qabağa çəkdiyi gənc kadrlara etimad göstərir. Yaxud ən azı onların “köhnələr”i təkrarlamayacağına ümid edir. Bu isə onu deməyə əsas verir ki, qurultayda reputasiyası zədələnmiş YAP funksionerləri məhz geniş ictimiayyət arasında nüfuzu olan gənclərlə əvəzlənəcək…

Müşahidəçilərin fikrincə, YAP qurultayından sonra ölkənin siyasi dizaynı da dəyişə bilər. Əvvəlki illərdə imitasiya ilə məşğul olan təsisatların sıradan çıxarılması, idarəetmədə şəffaflığın artırılması və s. bu kimi istiqamətlərdə müəyyən işlər gedir. Məsələn, partiyalar, QHT və media sahəsinin tənzimlənməsinin yeni hüquqi bazasının yaradılması istiqamətində işlərə start verilib.

YAP-ın qurultayından sonrakı yaxın müddətdə növbədənkənar parlament seçkilərinin və konstitusiya islahatlarının aparılması üçün referendumun da keçiriləcəyi istisna olunmur.

Yeri gəlmişkən, Vətən Müharibəsinin nəticələri fonunda hətta əleyhdarlarının önəmli hissəsinin rəğbətini qazanan Prezident İlham Əliyevin nüfuzu ölkədə sistem dəyişikliyi, yəni bütün sahələrdə real islahatların aparılması üçün zəmin yaradıb. Bu halda hakimiyyət komandasının islahatlar həyata keçirmək üçün əvvəlki illərlə müqayisədə daha inamlı olacağı gözlənilir…

Əvvəlki yazı

REAL funksioneri Abel Məhərrəmova multfilm dedi

Sonrakı yazı

Vilayət Eyvazov özünü yandıran polisi işdən çıxardı

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.