06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YAP-ın 75 yeni namizədi: onlar kimdir?

28 Dekabr 2019, 12:32
Siyasət, Seçmə
A A
YAP-ın 75 yeni namizədi: onlar kimdir?

Yeni Azərbaycan Partiyası (YAP), nəhayət, deputatlığa namizədlər siyahısını rəsmən açıqladı. Yeni Azərbaycan Partiyasnın (YAP) deputatlığa namizədlər siyahısında 75 yeni sima var. Həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.

“AzPolitika.info” həmin YAP-ın yeni namizədləri ilə bağlı məlumatları, dairə nömrələrini əsas götürərək, hissə-hissə oxucularına təqdim edir:

7 saylı Ordubad-Culfa seçki dairəsi:

Quliyev Cəbi Hüseyn oğlu – YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktorudur.

8 saylı Binəqədi birinci seçki dairəsi:

Əliyarlı Kübra Məhəmməd qızı – 01 dekabr 1987-ci ildə anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. Hazırda Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə magistr təhsili alır. 2006-2010-cu illərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışıb.

2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında təlimatçı, 2015-ci ilin yanvar ayından baş təlimatçı vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının VI Qurultayının iştirakçısı olub. İki kitabın müəllifidir.

10 saylı Binəqədi üçüncü seçki dairəsi:

Əliyev Anar Məmməd oğlu – Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini.

Əliyev Anar Məmməd oğlu – 12 Noyabr 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2016-сı ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını bitirib. Hal-hazırda Binəqədi Bələdiyyəsi Mənzil Mülkiyyətçilərinin Resurs İnformasiya Mərkəzində Məsləhətçi olaraq fəaliyyət göstərir.

2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 25 yanvar 2018-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura iclasında təşkilatın Gənclər Birliyinin sədr müavini seçilib.

14 saylı Xəzər seçki dairəsi

Əhmədova Şəfəq Firudin qızı- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvüdür.  

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndəsi kimi forumlarda iştirak edib.

15 saylı Yasamal birinci seçki dairəsi

Nağıyev Rauf Nəriman oğlu – 1994-2000-ci illlərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisası üzrə təhsil alıb. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dosentidir. Avropa Uroloqlar Assosiasiyasının üzvüdür.

16 saylı Yasamal ikinci seçki dairəsi

Səfərov İlham İlyas oğlu – Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisidir.

20 saylı Nərimanov ikinci seçki dairəsi

Allahyarlı Nihad Vüqar oğlu –  Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir.

Əvvəllər Nihad Allahyarlı  “İRƏLİ” Biznes Klubunun rəhbəri kimi fəaliyyət göstəririb.

22 saylı Nəsimi ikinci seçki dairəsi

Sərraf Balaxan oğlu Hüseynov  – 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin məzunudur. YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetində rektorun İctimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiridir.

27 saylı Sabunçu ikinci seçki dairəsi

Salahzadə Əliabbas Qalib oğlu-  Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğludur. 40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir. O, 21 yaşında Azərbaycanın ən gənc bələdiyyə (Bilgəh bələdiyyəsi) sədri olub.

29 saylı Səbail seçki dairəsi

Hüseynova Aytən Arif qızı – Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisinin koordinatorudur.

41 saylı Sumqayıt I seçki dairəsi

Hüseynova Hicran Kamran qızı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədridir.

43 saylı Sumqayıt III seçki dairəsi 

Hacıyev Emin Məcid oğlu- Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvüdür.

56 saylı Xaçmaz kənd seçki dairəsi 

Mərdanov Kənan Zeynal oğlu –  Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktorudur.

57 saylı Kürdəmir seçki dairəsi

Qəribov Nizami İsməli oğlu  – Kürdəmirin bələdiyyə sədridir. 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülən Saleh Adil oğlu Ələsgərov isə Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisidir.

64 saylı Sabirabad ikinci seçki dairəsi 

Məmmədov Ramin Ələmşah oğlu – Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinidir. O, bu vəzifəyə 2012-ci ildə təyin edilib.

70 saylı Masallı şəhər seçki dairəsi

 Məmmədov Məşhur Şahbaz oğlu – “Embawood” şirkətinin prezidentidir. O, Masallı rayonunun Yeddioymaq kəndindəndir.

93 saylı Bərdə şəhər seçki dairəsi

Yıldırım Fatma Vidadi qızı – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resursları şöbəsinin müdiridir. 1973-cü ildə Bakıda anadan olan deputatlığa namizəd Bakı Dövlət Universitetinin məzunudur.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi

Mirbəşiroğlu Elşad Mirbəşir oğlu – Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavinidir. 1977-ci ildə Göygöldə anadan olan Mirbəşiroğlu BDU-nun məzunudur.

Əvvəlki yazı

Astarada şok: Gömrük inspektoru özünü asdı

Sonrakı yazı

Aparıcı Günel: “Həm dalaşırıq, həm sevişirik”

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.