15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Yanvarda devalvasiya olacaq” fikirləri yenə gündəmi zəbt etdi – İqtisadçı nə düşünür?

07 Dekabr 2018, 10:18
Gündəm
A A
“Yanvarda devalvasiya olacaq” fikirləri yenə gündəmi zəbt etdi – İqtisadçı nə düşünür?
“Maliyyə naziri Samir Şərifovun açıqlaması devalvasiya mövzusunu yenidən gündəmə gətirib. Xüsusilə də nazirin “manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” fikri müxtəlif rəylərə yol açıb”.
BakuPost xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. O qeyd edib ki, sözügedən açıqlama 2 ay öncə – neftin hər barelinin 90 dollara yaxınlaşdığı bir ərəfədə verilsəydi, ciddi reaksiya doğurmazdı:
“Ancaq indi 60 dollara qədər ucuzlaşıb, gah 58-ə düşür, gah da 62-yə qalxır. Əlbəttə, son illər özünüqoruma instinkti, güclənmiş ictimai narahatçılıq da başa düşüləndir. Ən azı 2015-ci il təcrübəsi var. İlboyu verilən rəsmi açıqlamalara rəğmən manat dollara nisbətən dəyərini kəskin itirdi. Yeni təqvim ili isə bir qayda olaraq insanların düşüncəsində şaxta baba və yolkadan çox qiymət artımı assosiasiyasını yaradır. Təsadüfi deyil ki, hər ilin sonu “yanvarda manat ucuzlaşacaq” kimi fikirlər gündəmi zəbt edir.
Belə baxanda nazirin bu fikri ilə razılaşmaq da olar, razılaşmamaq da. Belə ki, Samir Şərifov bir tərəfdən həm də büdcə gəlirlərinin icrasına məsul olan Nazirliyə rəhbərlik edir. Devalvasiya büdcənin “doldurulmasının” ehtiyat yollarından biri hesab edilir. Buna görə də Mərkəzi Bankdan fərqli olaraq Maliyyə Nazirliyi devalvasiya tərəfdarı hesab olunur. Digər tərəfdən maliyyə naziri haqlı olaraq manatın mövcud məzənnəsinin (həm nominal, həm də real) ixraca problem yaratdığını, idxala isə dəstək verdiyini qeyd edir. Ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməyin əsas yolu ixracı stimullaşdırmaqdır. Azərbaycan bazarı kiçik olduğundan idxalı əvəzləmə siyasəti özünü müəyyən həddə qədər doğruldur, ona xarici bazarlarda “Made in Azerbaijan” nişanlı məhsulları artırmaq lazımdır. Bütün bunlar nazirin fikri ilə razılaşdığımız məqamlardır.
Bəs nədə razı deyilik? Doğrudanmı, manatın ucuzlaşması ixracı stimullaşdıracaq? Və yaxud ixraca mane olan manatın məzənnəsinin yüksək olmasıdırmı?
Kiçik bir haşiyəyə çıxım. Yuxarıdakı cümlədə “devalvasiya” sözü ona görə işlətmədim ki, “üzən məzənnə” rejimində “devaluvation” olmur, “deprecation” olur kimi irad tutula bilər. Halbuki əhali üçün onun necə adlanmasının fərqi yoxdur. Çünki nəticə eynidir. Belə baxanda bəyəm bizdə “üzən məzənnə” rejimi mövcuddur?”
Məşhur “Financial Times” qəzeti 107 inkişaf etməkdə olan ölkələrdə milli valyutaların ucuzlaşmasının ixraca və idxala təsirini araşdırıb. Araşdırma 2013-2015-ci illəri əhatə edib. Araşdırmanın nəticəsi göstərib ki, milli valyutaların devalvasiyası ixracın artımına gətirməyib, əvəzində idxal azalıb.
Bəs, Azərbaycanda devalvasiyanın ixraca töhfəsi nə olub? Gömrük Komitəsinin rəsmi məlumatlarına inansaq, 2014-cü ildə dollar 78 qəpik olanda qeyri-neft ixracımız 1,8 milyard dollar olduğu halda, 2017-ci ildə bu göstərici 1,6 milyard dollara qədər azalıb. Halbuki bu müddətdə 1 ABŞ dolları 1,7 manata qədər bahalaşıb. Bura hökumətin qeyri-neft sektorunu stimullaşdırmaq üçün genişmiqyaslı təşəbbüslərini də əlavə etsək, nəticənin zəif olduğu görərik. Son iki ildə müşahidə edilən artımın nə qədər dayanıqlı olacağı da sual doğurur”.
Ekspert əlavə edib ki, devalvasiyasının ixracımıza təsirinin az olmasını əsas qeyri-neft ixrac tərəfdaşımız olan Rusiyada rublun ucuzlaşması ilə əlaqələndirə bilərik: “Ancaq hamımız bilirik ki, əsas səbəb fərqlidir. Rublun baha olması ən yaxşı halda meyvə-tərəvəz ixracımızı stimullaşdıra bilir. Əsas səbəb budur ki, ixrac etməyə neft-qazdan savayı az qala heç nəyimiz yoxdur. Hələki ki xammal ixrac edən, fərqi yoxdur neft və ya qeyri-neft, ölkə statusunda çıxa bilməmişik. Məhsullarımızın keyfiyyəti xırda istisnalarla rəqabət aparmaq gücündə deyil, məhsulun maya dəyəri bahadır. Digər səbəb idxaldan asılılığımızın yüksək olaraq qalmasıdır. Hətta ölkəni 100% təmin edən daxili istehsalın xammalını idxal edirik. Deməli, devalvasiya həm də ixracımızı bahalaşdırır. Daha üçüncü səbəb maliyyə sektorudur. Maliyyə sabitliyi təmin olunsa da kövrəkliyini saxlayır. Növbəti devalvasiya bank və sığorta şirkətlərini çətin vəziyyətə sala bilər. Bütün bu və digər amillər hökuməti çətin seçim vəziyyətində qoyur. Tərəzinin bir gözündə devalvasiyanın tam təsdiq olunmayan ixrac faydası, digər gözündə artıq şahidi olduğumuz böyük zərəri durur. Hökuməti də bunu bilir, ona görə də Mərkəzi Bank müxtəlif alətlərdən istifadə edərək manatı üzməyə qoymur.
Tədiyyə balansının vəziyyəti və neftin hazırki qiyməti hələki manatı qorumağa imkan verir. Böyük ehtimalla hökumət imkan daxilində məzənnəni sabit saxlamağa çalışacaq. Ancaq hakimiyyətdə bununla bağlı vahid fikir yoxdur.
Devalvasiya tərəfdarları və əleyhdarları var. Maliyyə nazirinin son dövrlər çıxışı birincilərin mövqeyi ilə üst-üstə düşür. Məhz bu məsələdə onun fikirlərini bölüşməməyə məcburuq. Növbəti devalvasiya, lap olsun yumşaq ucuzlaşma kövrək maliyyə sabitliyini poza bilər, faydası isə gözə görünməz. Neftin qiymətində kəskin ucuzlaşma olmasa, hökumət manatın ucuzlaşması siyasətindən ən azı növbəti ildə də çəkinməlidir. Əsas diqqət isə struktur islahatlara yönəlməlidir, çünki yaxın gələcəkdə neft onsuz da ucuzlaşacaq, bu dəfə həmişəlik”.
Əvvəlki yazı

Milli Məclis bu gün 21 məsələ üçün toplaşır

Sonrakı yazı

Azərbaycanda bu ərazilərdə qəbiristanlığın salınması qadağan edildi – SİYAHI

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.