Reportyor.info Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:
8 fevral 1806-cı il…
Bakının “Qala qapısı” adlanan yerinin yaxınlığında, Qalanın giriş qapısında, Naxır bulağı ərazisində Qala açarının Sisianova təqdimolunma mərasimi keçirilir. Bakı xanı Hüseynqulu xan görüş zamanı şəhərin rəmzi açarlarını Azərbaycan torpaqlarının istilasında xüsusui payı olmuş general Sisisanova verərkən, xanın qardaşı oğlu İbrahim bəy fürsət tapıb Sisianovu öldürür.
Ara qarışır. Yaranmış anlaşılmamazlıq nəticəsində çoxlu sayda günahsız insanların qanı tökülür.
8 fevral 1828-ci il…
İranla müharibənin gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbili tutur.
İşğal nəticəsində şəhərin bir sıra tarixi-mədəni inciləri dağıdılır, talan edilir. Şeyx Səfi məqbərəsindən 166 qədim əlyazma Sankt-Peterburqa aparılır.
8 fevral 1878-ci il…
Rus qoşunları Ərzurumu ələ keçirir.
8 fevral 1905-ci il…
Silahlanmış ermənilər Bakıda onlarla dinc, günahsız müsəlmanları qətlə yetirirlər.
8 fevral 1919-cu il…
Erməni silahlı qulsurları azərbaycanlılar yaşayan kiçik bir kəndə soxularaq kəndliləri öldürür, onların əmlaklarını yağmalayır, kəndi yandırırlar.
8 fevral 1919-cu il…
Daşnaksütyun beynəlxalq terror təşkilatının göstərişini yerinə yetirən erməni quldurları Qaramanlı Azərbaycan kəndində 15 uşağı, 36 qadını öldürür, 80 silahsız kişini bir-birinə bağlayaraq diri-diri torpağa basdırırlar.
8 fevral 1919-cu il…
“Azərbaycan” qəzetində dərc olunmuş “Ararat respublikasında” adlı məqalədə Azərbaycan hökümətinin nazir-sədr yanındakı xüsusi tapşırıq məmurunun nazirə raportu verilir. Raportun son cümlələri belədir: “Həmin 3 kəndin tar-mar edilməsinə 4 gün qalmış Çamırrı kəndində ermənilər tərəfindən 4 kişi və 6 qadın öldürülmüşdür. Həm də kişilərin başı kəsilmiş, qadınların isə döşləri yarılmışdır. Onların meyitlərini biz özümüz basdırdıq. Şarab kəndinin ələ salınmışqadın sakini xəbər vermişdir ki, Şarab kəndinin bütün kişiləri qılıncdan keçirilmiş, uşaqlar təndirdə yandırılmış, sonra bütün kənddən 8 qadını seçib 20 gün saxlayaraq, ələ salıb, namuslarına toxunduqdan sonra buraxmışlar…”
8 fevral 1988-ci il…
Erməni millətçiləri Xankəndi şəhərində DQMV-nin Azərbaycan SSRİ-dən alınıb Ermənistan SSRİ-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplama kompaniyasına başlayırlar.
8 fevral 1993-cü il…
Erməni yaraqlıları Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ermənilərlə həmsərhəd ərazilərində azərbaycanlılar yaşayan kəndlərə basqın edirlər. Dinc əhali arasında ölənlər və yaralananlar olur.
9 fevral 1905-ci il…
Ermənilərin Rusiyanın təhriki ilə Bakıda azərbaycanlılara qarşı törətdikləri 3 gündavam edən dəhşətli qətliam, şiddətli soyqırım axşama yaxın səngiyir. Amma bu günün özündə də ermənilər tərəfindən onlarla azərbaycanlı öldürülür.
9 fevral 1919-cu il…
Erməni silahlı quldur birləşmələri Zəngəzur mahalının Dovoris Azərbaycan kəndini çapıb talayırlar, kəndlilərə işgəncə verilir…
9 fevral 1992-ci il…
Surxavənd kəndi ərazisində qanlı döyüşlər gedir. İtkilər olur.
9 fevral 1992-ci il…
Erməni yaraqlıları Şuşa rayonunun Malıbəyli kəndinə hücum edir. 1 nəfər qətlə yetirilir, 16 nəfər yaralanır. Kənd ərazisinin bir hissəsi işğal edilir.
9 fevral 1993-cü il…
Kəlbəcər rayonunun ərazisində “Xaçlar İttifaqı” terror təşkilatının özəyi yaradılır. Hüquqşünas Vano Xanzadyan özəyə rəhbər təyin olunur.
9 fevral 1993-cü il…
Ağdam rayonunun Cinli kəndi ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur. Dağıntılar və tələfat olur.
9 fevral 1993-cü il…
Bütün Ağdam cəbhəsi boyu vəziyyət son dərəcə ağırlaşır. Şəhər və ətraf kəndlərdə çoxlu dağıntılar törədilir. Düşmən Ağdamkənd və Xocavənd istiqamətlərində hücum edir.
Hücum Şelli kəndi ərazisində dayandırılır.
Şelli, Xramort və Ergi istiqamətlərində cəbhə xəttinin yarılmasına cəhd göstərilir. Ergi düzündə qızğın döyüşlər gedir. Papravənd, Boyəhmədli, Şahbulaq kəndləri və Ağdam şəhəri ermənilər tərəfindən güclü atəşə tutulur. Ölənlər, yaralananlar və dağıntılar olur.
9 fevral 1994-cü il…
Erməni hərbi birləşmələri gecə ordumuzun Tərtər rayonundakı mövqelərinə qəflətən hücumlar edir. İtkilər olur…
9 fevral 1994-cü il…
Azərbaycanın “Xudat” stansiyasında ehtiyat yolda dayanan yük vaqonu partladılır. Dövlətə külli miqdarda ziyan dəyir.