16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Xoşqədəmin verilişinə baxırdım, arvadıma zəng gəldi” – Dəhşətli qətlin TƏFƏRRÜATLARI

29 Aprel 2018, 10:34
Uncategorized
A A
“Xoşqədəmin verilişinə baxırdım, arvadıma zəng gəldi” – Dəhşətli qətlin TƏFƏRRÜATLARI

Ən acınacaqlısı odur ki, 40 il bir evdə yaşasa da, ömür-gün yoldaşını tanıya bilməyib. Məlum qətl hadisəsi baş verməsəydi, yəqin heç vaxt tanımaq imkanı da olmayacaqdı…

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunan Sumqayıt şəhər sakini Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, ötən il noyabrın 9-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 78A, mənzil 19-da 58 yaşlı Nahidə Abbasova (ad və soyad dəyişdirilib – red.) qətlə yetirilib. “JEK” işçisi olan Nahidə Abbasovanı 2014-cü ildən etibarən tanıyan, mütəmadi onunla yaxın münasibət quran Firuz Nəsibli qadının külli miqdarda pulu olmasını zənn edərək onu öldürərək pullarını ələ keçirməyi planlaşdırıb. Hadisə baş verən gün N.Abbasovanın mobil telefonuna zəng vuraraq görüşmək istədiyini deyib. “JEK” işçisinin yaşadığı mənzilə gələn F.Nəsibli ona çoxsaylı bıçaq zərbələri endirib. Qadının öldüyünə əmin olduqdan sonra otaqların altını üstünə çevirib, amma heç nə tapa bilməyib.

Təqsirləndirilən Firuz Nəsibli “Topaz” oyunlarında iştirak edən şəxslər üçün bilet doldurmaqla gündəlik çörəkpulu qazanıb. “JEK”də işləyən N.Abbasova ilə tanışlığı dörd il öncəyə təsadüf edib. Belə ki, Zemfira adlı qadınla yaxınlıq edən Firuz ilk dəfə Nahidəni də elə həmin qadının evində görüb. Tanışlıq zamanı Firuza “istədiyin vaxt qonağım ola bilərsən” deməsi sonda qadının faciəsinə gətirib çıxarıb: “Telefon nömrəsini verdi, evdə adam olmayanda qəbul edəcəyini dedi. Beş-on gündən sonra zəng vurdum, Nahidənin evində pul müqabilində onunla görüşdüm. Hərdən mənə telefonla müxtəlif qadınların şəkillərini atırdı, onlardan seçib bəyəndiklərimlə yaxınlıq edirdim. Həmin qadınların əksəriyyətinin 25-30 yaşları vardı, müxtəlif peşə sahibləri idi, aralarında evdar qadınlar da vardı”.

F.Nəsiblinin ifadəsinə görə, son zamanlar maddi sıxıntı içərisində olduğundan pul qazanmaq üçün müxtəlif yollar axtarıb. Nahidənin hər gün xidmət etdiyi ərazinin sakinlərindən pul topladığını, həmçinin müxtəlif qadınlara intim xidmət üçün şərait yaratdığını bilən Firuz qadını öldürüb pullarını ələ keçirməyi, sonra isə izi itirmək üçün ölkəni tərk etməyi planlaşdırıb: “Dəfələrlə çantasında 1000 manatacan pul olurdu. Öz telefonumdan deyil, taksofondan zəng vurub gəlmək istədiyimi dedim, razılaşdı. Görüşmək bəhanəsiylə bıçaq götürüb onlara getdim”.

Qadının mənzilinə təşrif buyuran F.Nəsibli onu şübhələndirməmək üçün su gətirməsini xahiş edib. Əlində su dolu stəkan “qonağ”a yaxınlaşan ev sahibəsi gözlənilmədən bıçaq zərbələrinə tuş gəlib: “Saçından tutub bıçaqla boynundan vurdum, tərpənməsinə imkan vermədim. Bıçağı gödəkçəmin cibinə qoyub evi axtarmağa başladım. Çantasına baxdım, heç nə tapmadım”.

N.Abbasovanın qətli ilə bağlı xəbərləri mətbuatdan izləyən F.Nəsibli törətdiyi cinayətin izini itirmək üçün ölkədən qaçmağı qərara alsa da, buna nail ola bilməyib. Hadisədən səkkiz gün sonra o, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı F.Nəsibli törətdiyi cinayəti etiraf edib.

N.Abbasovanın həyat yoldaşı ifadəsində arvadının ona xəyanət etməsini heç vaxt ağlına gətirmədiyini, hadisə baş verən gün isə bacısıgildə imam ehsanında iştirak etdiyini deyib: “Bacımgildən qayıdanda Nahidə ev işləri ilə məşğul idi. Mən də Xoşqədəmin verlişinə baxırdım. Nahidənin telefonuna zəng gəldi, kimində danışdığını eşitmədim. Hələ heç cavan vaxtlarından onu qısqanmamışdım. Yaşı ötdükcə gəlin, nəvə sahibi olacağını nəzərə alıb mənə xəyanət edəcəyini düşünməmişdim”.

Hər gün piyada gəzintiyə çıxan ev sahibi baş verəcək faciədən xəbərsiz həyətə düşüb. Amma yağış yağdığına görə ləngiməyib, tez qayıdıb. Mənzilə daxil olduqda gördüyü dəhşətli mənzərədən şoka düşüb: “Şkafın hər iki qapısı açıq idi, Nahidəni səslədim, cavab vermədi. Evdən çıxıb qayıtmağım cəmi bir neçə dəqiqə çəkmişdi, nə baş verdiyini dərk etmədim. Yataq otağına keçəndə onun qanlı cəsədini gördüm. Otağın hər tərəfi qana boyanmışdı. Polisə, təcili yardıma, qohumlara zəng vurub məlumat verdim”.

Məhkəmənin hökmü ilə Firuz Nəsibli 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlki yazı

“Natiq Əliyev” və “Bozdag” tankerlərinə həbs qoyuldu – Mənsimovun borcuna görə

Sonrakı yazı

İlham Əliyevə Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı təqdim edilib

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.