25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xocalı soyqırımı erməni qatillərinin törətdikləri ən qəddar əməllərdən biridir

23 Fevral 2022, 18:52
Cəmiyyət
A A
Xocalı soyqırımı erməni qatillərinin törətdikləri ən qəddar əməllərdən biridir

Xocalı soyqırımı erməni qatillərinin törətdikləri ən qəddar əməllərdən biridir.
Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən
qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.
Ümummilli Lider Heydər Əliyev
Nankor, yurdsuz ermənilər Azərbaycan torpaqlarında məskunlaşan vaxtdan yerli əhalini sıxışdırmağa, onlara əzab-əziyyət verməyə başlayıblar. Erməni silahlı dəstələri əsrlərdən bəri vaxtaşırı torpaqlarımıza hücum edib, insanları vəhşicəsinə qətlə yetiriblər. Azərbaycanlı əhaliyə qarşı vaxtaşırı kütləvi qırğınlar törədiblər. Minlərlə ailəni məhv ediblər.
Hələ quldur, yurdsuz ermənilərin XIX əsrin birinci yarısında Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi şəkildə yerləşdirilməsi Azərbaycan xalqının gələcək faciələrinin baş verəcəyinə əlverişli şərait yaratmaq məqsədi daşımışdır.
“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX-ci əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.
Erməni qatillərinin törətdikləri ən qəddar, ən dəhşətli əməllərindən biri də Xocalı soyqırımıdır.
Erməni hərbi birləşmələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə yenə də öz ampulalarında qalaraq Xocalı şəhərində dinc əhaliyə hücum etmişlər. Keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə yerli sakinlərə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin vaxtı şəhərdə 2500-ə yaxın əhali olub. Onlar azərbaycanlıların nəzarətində olan ən yaxın əraziyə çatmaq üçün tək canlarını götürüb, əksəriyyəti ayaqyalın şəhəri tərk etməyə cəhd göstəriblər. Lakin qəddar, quldur ermənilər onları pusquya salaraq güllələmiş və ya əsir götürmüşdü.
Əsasən qadınlar, uşaqlar və qocalardan ibarət Xankəndinin qalan əhalisi dağlarla hərəkət ediblər. Onların əksəriyyəti qarlı, şaxtalı qış günündə dağlarda donvurmadan həlak olublar. Onlardan demək olar ki, cəmi bir neçə nəfər həmin vaxt azərbaycanlıların nəzarətində olan Ağdan şəhərinə çata bilib. Dağları çətinliklə aşaraq ermənilərdən qaça bilən insanlar da bu yollarda soyuqdan xəstə və çikəst qalıblar.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 nəfəri yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. Həmin gecə 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanların 56 nəfəri xüsusi qəddarlıqla –diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Qədim, zəngin tarixə malik olan, Azərbaycanın tarixi və mədəniyyətinin bir hissəsini təşkil edən Xocalı şəhəri yerlə yeksan edildi. Qədim, tarixi abidələri sökülüb dağıdıldı. Tamamilə yer üzündən silindi.
Xocalıda ermənilər tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı qəddar cinayətlər törədildi. Xocalı soyqırımı erməni siyasətinin ən ağır nəticəsi idi. Ermənilər insanları belə qəddarlıqla qətlə yetirməklə azərbaycanlıların gözünü qorxutmaq, xalqımızın mübarizə əzmini qırmaq tarixi torpaqlarımızın itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Bu dəhşətli cinayətdən sonra azərbaycanlıların digər rayonlarda da tezliklə öz ev-eşiklərini, yurd-yuvalarını tərk edəcəklərini düşünürdülər.
Bu ağıla gətirilə bilinməyən və XX-ci əsrin sonunda baş vermiş faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır bir cinayət idi.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müsahibələrinin birində demişdi: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”.
Xocalı faciəsinin dünya miqyasında soyqırım kimi tanınması və siyasi qiymət verilməsi üçün Azərbaycan rəhbərliyi tərəfindən bir sira işlər görülmüşdür. Aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bu vaxtadək Bosniya və Hersoqovina, Kolumbiya, Çex respublikası, Honduras, İordaniya, Meksika , Pakistan, Panama, Peru, Sudan, Qvatemala, Paraqvay, Sloveniya və başqa ölkələrin qanunvericilik orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına start verilib. Bu kampaniya insanları ədalətsizliyə və müharibəyə qarşı çıxmağa səsləyir. Kampaniya bir çox ölkələrdə fəaliyyət göstərir. 115 təşkilat və 100 minlərlə şəxs bu kampaniyanı dəstəkləyir.
Kampaniyanın strateji məqsədləri Xocalı soyqırımının dünya içtimaiyyəti tərəfindən tanınmasını, hüquqi və siyasi qiymət verilməsinı, Ermənistan hökümətinin Xocalı soyqırımına görə üzr istəməsini, vurulmuş ziyana görə tam olaraq kompensasiya ödəmələrini, bu cinayətdə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmalarının təmin edilməsidir.
Bu gün artıq Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun yüksək səviyyədə hazırlığı və peşəkarlığı, igid Azərbaycan övladlarının qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən tapdağı altından azad edildi. Azərbaycan xalqı Prezidentinin ətrafında sıx birləşdi. “Dəmir yumruq” qalib gəldi.
Ermənilərin illərlə özləri haqqında yaratdıqları mif 44 günlük müharibə ərzində darmadağın oldu. Onların müharibə etmək qabiliyyəti olmadıqları, yalnız əliyalın dinc əhaliyə gücləri çatdığı məlum oldu.
Azərbaycan xalqı vətənin bütövlüyü uğrunda şəhid olanların və eyni zamanda Xocalı şəhidlərinin qisasını aldı.
Azərbaycan öz ərazisini bərpa etdi. Azərbaycanın bütövlüyü uğrunda şəhid olanları və Xocalı şəhidlərini Azərbaycan xalqı həmişə ehtiramla yad edəcək.
Şəhla Ağbulud

Əvvəlki yazı

Sabiq icra başçısının üzərindən həbs götürülən əmlaklarının siyahısı – 600 min manat…

Sonrakı yazı

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs olundu

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.