Xocalı sakini Səfər Cavadov üzləşdiyi haqsızlıqla bağlı video müraciət paylasıb. Reportyor.info-nun verdiyi məlumata görə, S.Cavadov Cəlilabadda özlərinə aid mağazadan oğurluq edildiyini bildirib.
Bu cinayəti sübut edən fakt və dəlillər hüquq-mühafizə orqanlarına təqdim olunub. S.Cavadov iddia edib ki, dükanı qarət edənlər bir ailənin üzvləridir. Onlar zərərçəkənin keçmiş qudalarıdır.
Hətta oğurluq edən şəxslərin bu planın icrasını telefonda müzakirə ediblər və səs yazısı zərər çəkən ailənin əlinə keçib.
Faktla bağlı iki dəfə Cəlilabad rayon prokurorluğuna, bir dəfə Lənkəran prokurorluğuna müraciət olunsa da, cinayət işinin başlanması rədd edilib.
Vətəndaş iddia edir ki, prokurorluq rüşvət sövdələşməsi nəticəsində oğruları himayə edir və Cəlilabadda işi ilkin araşdıran polisin səs yazısı da var. Hətta oğrular ilkin ifadəsinə əməllərini etiraf ediblər.
https://www.youtube.com/watch?v=vNqux-7zZIY