19-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xocalı qatili Beqlaryana 15 il həbs verildi

12 İyul 2024, 13:42
Seçmə, Manşet
A A
Xocalı qatili Beqlaryana 15 il həbs verildi

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi yekunlaşıb, hakim 15 il cəza verib.

APA-nın xəbərinə görə, onun cinayət işini Füzuli Rayon Məhkəməsinin hakimləri araşdırır.

Qanunun tələbinə uyğun olaraq Beqlaryan məhkəmədə dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Məhkəmədə olanlar və iş materiallarında qeyd edilənlər tək-tək ona izah edilib.

R.Beqlaryan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulub. Cinayət işinin istintaqı Xidmətin İstintaq Baş İdarəsində aparılıb. Beqlaryan müharibə cinayətlərinin törədilməsində ittiham olunur. O, hələ ibtidai istintaq dövründə Xocalı soyqırımının törədilməsi ilə bağlı önəmli məlumatlar verib. 1992-ci ilin fevralın 26-da özünün də daxil olduğu silahlı birləşmələr tərəfindən 200 nəfərə kimi mülki azərbaycanlını xüsusi amansızlıqla güllələdiklərini etiraf edib.

Məhkəmənin əvvəlki iclaslarında da ətraflı danışıb. İstintaq zamanı məxfi məlumatlar əsasında Belaryanın hesabına Fransa Respublikasından 2 milyon avroya yaxın pul köçürüldüyü ortaya çıxıb. Özünün dediyinə görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər. Amma bu onun iddiasıdır.

Bugünkü iclasda iş üzrə sonuncu sənədlər tədqiq edilib, məhkəmə istintaqı tamamlanıb.

Prosesin davamında prokuror ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı Fuad Kazımov Raşid Beqlaryanın müharibə ilə bağlı olan və digər cinayətlərin törədilməsində təqsirli bilinərək, 17 il azadlıqdan məhrum edilməsini tələb edib.

Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini xahiş ediblər:

“Əsgər yoldaşımın başını kəsib, mənə qanını içirdiblər. Necə razılaşa bilərəm 17 illə. Ona ən ağır cəza verilməlidir”,- zərərçəkmişlərdən biri əlavə edib.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinə yüngül cəza verilməsini xahiş edib. Beqlaryan özü də son sözündə ona yüngül cəza təyin edilməsini xahiş edib. Əlavə edib ki, müharibədə iştirak etməsindən peşmandır.

Əli Süleymanovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Raşid Beqlaryan müharibə cinayətlərinin törədilməsində təqdirli bilinərək 15 il azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 62 yaşlı R.Beqlaryan ötən il Laçın rayonunun Zabux kəndində sərhədi qanunsuz keçərkən saxlanılıb. DTX-nin vəsatəti əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Əvvəlki yazı

“Veysəloğlu” şikayət edən işçilərini cəzalandırır

Sonrakı yazı

Azyaşlını təhqir edən tərbiyəçi və bağça rəhbərliyi polisə çağırılıb

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.