Reportyor.info xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilir ki, mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.
İlkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan – 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan – 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan – 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.