Abşeron rayonunun Xırdalan şəhərində abadlıq-quruculuq işləri kompleks şəkil alıb. Reportyor.info-nun əməkdaşının müşahidələrinə görə, hazırda Xırdalanda su və kanalizasiya çəkilişi işləri başa çatıb, indi də küçələrin asfaltlanması davam etdirilir. Hazırda uzunluğu 600 m, hərəkət hissəsinin eni 8 m təşkil edən Vəli Axundov küçəsinə rayonun daxili imkanları hesabına asfalt-beton örtüyü döşənir. Xırdalanın girişində isə şəhərin adı yazılacaq lövhə quraşdırılır.
REPORTYOR.info