02-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

XİN rəhbərlərinin dünənki görüşü atəşkəsdirmi? (TƏHLİL)

10 Oktyabr 2020, 17:37
Siyasət
A A
XİN rəhbərlərinin dünənki görüşü atəşkəsdirmi? (TƏHLİL)

Qaynarinfo politoloq İlkin Həsənlinin son humanitar atəşkəslə bağlı fikirlərini təqdim edir:

…Qarabağda əməliyyatlar sentyabrın 27-dən indiyə qədər davam edir. Bu müddət ərzində onlarla kənd, bir şəhər mərkəzi və 1 qəsəbə azad olunub. Üstəlik, Ermənistanın minlərlə itkisi var. Bu hücum əməliyyatı fonunda Ermənistanın zəng etmədiyi, Azərbaycanın isə zəng qəbul etmədiyi yer qalmayıb. Ona görə də bu qədər təzyiq altında əməliyyatları davam etdirməyin özü böyük uğurdur. Doğrudur, beynəlxalq hüquq bizim yanımızdadır-filan deyə bilərik, amma unutmaq olmaz ki, beynəlxalq hüquq ancaq böyük dövlətlərin işinə yarayanda etibarlı sənəd olur. Qalan məqamlarda kağız üzərində yazılan adi sözdən başqa bir şey deyil. Bu baxımdan Azərbaycan-Ermənistan XİN başçılarının bu qədər müddət sonra görüşəcəyi gözlənilən idi və hətta deyərdim ki, Azərbaycan tərəfinin müqaviməti sayəsində bu görüş bir qədər gec baş tutub.

Bunun da yetərincə səbəbləri var. Belə ki, görüşün gecikdirilməsinə səbəb Azərbaycanın danışıqlar masasına artıq diktə edən tərəf kimi oturmaq istəməsidir. Bunun üçün isə mütləq bir sıra strateji nöqtələr azad edilməli, xüsusilə köhnə Dağlıq Qarabağ Muxtar Vilayətinin içərisində ərazi azad edilməliydi ki, Azərbaycan da buna nail oldu. Təkcə Hadrut yox, həm də Ağdərə istiqamətində irəliləyiş əldə olundu.

 

 

Tərəflər arasında effektiv görüşün Moskvada baş tutmasının da bir sıra səbəbləri mövcuddur. Belə ki, Moskva hələ də regionda güclü fiqurdur, amma bununla Moskva həm də artıq meydan oxunulan gücdür. Faktiki olaraq Qarabağda əks-hücum əməliyyatlarını başlatmaqla Azərbaycan Türkiyə ilə birgə Moskvanın regional dominantlığına da meydan oxuyub. Bu isə Moskva tərəfindən qəbuledilməzdir (Moskva niyə son hadisələrdə həddən artıq aktiv olmaması uzun məsələdir. Bunu ayrıca yazmaq lazımdır). Yəni Kreml üçün Moskvadakı görüşdə hansısa formada nəsə əldə edilməsinə nail olması xüsusi önəm kəsb edirdi. Bu həm də Moskvanın dominantlığının yox olmaması görüntüsü yaradılması üçün önəmliydi. Belə ki, Moskvanın hazırda əsas mübarizəsi bufer zonası saydığı təsir zonalarını itirməmək və ya ən azından bunun görüntüsünü yaratmaqdır.

 

 

Qarabağda böyük irəliləyişlər əldə edən Azərbaycan bütün bu məqamları nəzərə alaraq Moskvaya gedib. Məsələ odur ki, savaş hər zaman fasiləsiz olaraq getmir, bəzən əlavə xərc və itkilərdən siğortalanmaq üçün müəyyən anlıq masaya da əyləşmək lazımdır. Azərbaycana və Türkiyəyə (unutmayın ki,Türkiyənin maraqları təkcə Qafqazla məhdudlaşmır) olan bu qədər təzyiq qarşılığında əli güclü şəkildə masaya əyləşməyin özü böyük uğurdur. Digər tərəfdən görünən odur ki, Bakı bununla həm də Moskvanın eqosunu müəyyən qədər təmin etməyə çalışıb.

 

 

Ən önəmli amil danışıqların əvvəldən planlaşdırıldığı kimi 12-də yox, məhz ayın 9-da başladılması olub. Görünən odur ki, buna təsir edən əsas amil Azərbaycanın artıq köhnə DQMV sərhədlərinin xeyli içərisinə daxil ola biləcəyi ehtimalı olub. Bu məsələ danışıqlarda ona görə önəmli paya sahibdir ki, keçmiş DQMV ərazisinə daxil olmaq artıq Madrid prinsiplərinin baza hissəsində qeyd olunan Dağlıq Qarabağa aralıq status verilməsi məsələsinə təsir göstərəcək və Hadrutu ələ keçirən Azərbaycan nə onu geri verəcək, nə də onun əvvəlki kimi DQMV tərkibində yer sayılmasına imkan verəcək. Yəni burada da müəyyən tələblər olacaq və o, şərtləri yalnız Azərbaycan diktə edəcək.

Digər tərəfdən önəmli danışıqlarda Azərbaycanı artıq diplomatdan çox həm də hüquqşünas təmsil edir. Bu da bir növ Azərbaycanın tam olaraq yekun müqaviləyə yönəldiyi və imzalanan hər bir şeydə ona problem yaradacaq bəndlərlə qarşılaşmaq istəmədiyindən xəbər verə bilər. Yəni Azərbaycan dəqiq mexanizmdə maraqlıdır.

 

 

Qaldı ki, Moskvada imzalanan müqavilənin atəşkəs olub-olmamasına, onun tam atəşkəs müqaviləsi adlandırmaq doğru olmazdı. Əgər müqavillən birinci bəndinə diqqət yetirsəniz, bunun humanitar məqsədlərlə atəşkəs olduğunu görə bilərik. Bənddə bitmə zamanı göstərilmir, yəni tərəflər bir-birinə cəsədləri filan təqdim etdikdən sonra yenidən müharibə vəziyyətinə qayıda bilərlər. Məhz bunun üçün ikinci bənddə tərəflərin atəşkəsin konkret parametrlərini razılaşdırmalı olduqları vurğulanır. Bu isə o deməkdir ki, tezliklə yenidən nazirlər hansısa yerdə yenidən bir araya gələcəklər və hətta savaş davam etmiş olsa belə, danışıqları davam etdirəcəklər.

Üçüncü bənd substantiv danışıqlar məsələsidir. Azərbaycan tərəfi illərdir israrla substantiv danışıqların başlanmasından bəhs edirdi. İndiki mərhələdə bu, həm də onu deməyə əsas verir ki, Ermənistan tərəfi artıq hansısa formada Azərbaycana müəyyən ərazilərin qaytarılmasına razıdır. Lakin burada bir məqam da status-kvo pozulduğu üçün İrəvanın hansı əraziləri Azərbaycana verəcəyi məsələsidir. Çünki əvvəllər mərhələli həll planına uyğun olaraq ilkin qaytarılmalı olan Füzuli və Cəbrayılın böyük hissəsi artıq bizdədir.

 

 

Ən vacib məqamlardan olan dördüncü bənd isə faktiki olaraq Ermənistanın formatın dəyişməzliyinə razılaşmasıdır. Söhbət burada İrəvanın indi təqdim etdiyi kimi təkcə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişməzliyindən getmir. Söhbət həm də Qarabağı israrla danışıqlara qoşmağa cəhd edən İrəvanın bu iddialarından tam imtina etməsi anlamına gəlir.

 

Bir sözlə, Moskva görüşü hələlik çox şeyi həll etməyib. Bu, savaşın bitməsi anlamına gəlmir. Hər şeyi qarşıdakı görüşlər müəyyən edəcək.

Əvvəlki yazı

Prezidentin köməkçisi: “Qardaş Türkiyə artıq masadadır”

Sonrakı yazı

Ermənilər tibb maşınını Komanda idarəetmə maşınına çevirib (FOTO)

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.