Bazar ertəsi, Oktyabr 2, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Manşet

XİN-dən Aİ-yə cavab: “Bunu Laçın yolunun bağlanması kimi təqdim etmək…”

27 İyul 2023, 11:00
in Manşet, Siyasət
XİN-dən Aİ-yə cavab: “Bunu Laçın yolunun bağlanması kimi təqdim etmək…”

“Azərbaycan tərəfi Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olması, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirir. Buna baxmayaraq, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur”.

Reportyor.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin bölgədə vəziyyət barədə bəyanatını şərh edərkən deyib.

O qeyd edib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra ölkəmizin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhdid olmaqda davam edən erməni silahlı qüvvələrinin ərazilərimizdən tam olaraq çıxarılmaması ilə yanaşı, Laçın yolundan istifadə etməklə Ermənistanın qeyri-qanuni fəaliyyətlər aparmasına, Azərbaycan ərazilərinə silah-sursat, eləcə də mina daşınmasına, Azərbaycanın təbii sərvətlərinin Ermənistana aparılmasına Azərbaycan tərəfinin etirazlarına heç zaman məhəl qoyulmaması və gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır.

“Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarlarının açıq-aydın şəkildə yanlış şərh edilməsinin heç bir nəticə verməyəcəyi aydın olmalıdır. Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın Laçın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən 6 iyul tarixli qərar bir daha göstərib ki, Azərbaycanın öz təhlükəsizliyini qoruması legitim tədbirdir.

Ötən ilin dekabr ayından etibarən Ermənistanın qeyri-qanuni fəaliyyətinə qarşı etiraz aksiyalarına baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil olmaqla, yüzlərlə nəqliyyat vasitəsinin Laçın yolundan keçidi həyata keçirilib. Azərbaycan tərəfindən Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsindən sonra da gün ərzində məntəqədən tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçid təmin olunub. Laçın buraxılış məntəqəsinə qarşı 15 iyun tarixində silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də 26 iyul tarixində “humanitar yük” adı altında avtomobil konvoyları göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.

Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib.

Bu təklifin Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanmasına baxmayaraq, Ermənistan tərəfinin və özlərini yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin buna mane olması, yolları bağlayaraq yüklərin daşınmasının qarşısını alması, “gərgin humanitar vəziyyət” barədə spekulyasiyaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını sübut edir.

Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaq”, – XİN rəsmisi bildirib.

ShareSendTweetShare
Previous Post

İcra başçısının qardaşının ölümü ilə bağlı cinayət işi başlandı – Nə baş verib?

Next Post

Anar birləşmiş ittifaqa ad qoydu

Related Posts

Prezident onları təltif etdi – SİYAHI
Manşet

Prezident onları təltif etdi – SİYAHI

by reportyor info
02 Oktyabr 2023, 15:46
MN: “Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb”
Cəmiyyət

MN: “Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb”

by reportyor info
02 Oktyabr 2023, 15:15
Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)
Siyasət

Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)

by reportyor info
02 Oktyabr 2023, 14:59
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
Siyasət

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

by reportyor info
02 Oktyabr 2023, 12:50
İlham Əliyev: “Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik”
Manşet

Prezident Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib (FOTO/YENİLƏNİB)

by reportyor info
02 Oktyabr 2023, 12:10

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Prezident onları təltif etdi – SİYAHI

Prezident onları təltif etdi – SİYAHI

02 Oktyabr 2023, 15:46
MN: “Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb”

MN: “Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb”

02 Oktyabr 2023, 15:15
Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)

Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)

02 Oktyabr 2023, 14:59
İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)

İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)

02 Oktyabr 2023, 14:48
Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı (FOTO)

Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı (FOTO)

02 Oktyabr 2023, 14:30
Emin Əmrullayevdən yeni təyinat

Emin Əmrullayevdən yeni təyinat

02 Oktyabr 2023, 13:57
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

02 Oktyabr 2023, 13:27
İpoteka şərtlərinin asanlaşdırılması təklif olunur

İpoteka şərtlərinin asanlaşdırılması təklif olunur

02 Oktyabr 2023, 13:12
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

02 Oktyabr 2023, 12:50
Əvvəl rektor, sonra prorektor işdən çıxarıldı

Əvvəl rektor, sonra prorektor işdən çıxarıldı

02 Oktyabr 2023, 12:31
İlham Əliyev: “Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik”

Prezident Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib (FOTO/YENİLƏNİB)

02 Oktyabr 2023, 12:10
Tanınmış həkim Cahid Şahbazov qarabağ qazisinin qızına əxlaqsız hərəkətlər edib – SENSASİON SƏBƏB

Tanınmış həkim Cahid Şahbazov qarabağ qazisinin qızına əxlaqsız hərəkətlər edib – SENSASİON SƏBƏB

02 Oktyabr 2023, 11:53
İlham Əliyev: “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib”

İlham Əliyev: “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib”

02 Oktyabr 2023, 11:35
Pensiyalarla bağlı sevindirici xəbər – Artım bu qədər olacaq

Pensiyalarla bağlı sevindirici xəbər – Artım bu qədər olacaq

02 Oktyabr 2023, 11:23
İlham Əliyev: “Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik”

İlham Əliyev: “Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik”

02 Oktyabr 2023, 11:12
Yarım milyon manatı mənimsəyən direktor apellyasiya şikayəti verdi

Yarım milyon manatı mənimsəyən direktor apellyasiya şikayəti verdi

02 Oktyabr 2023, 10:55
Qənirə Paşayeva vəfat etdi

Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”

02 Oktyabr 2023, 10:45
Vardanyanın milyardlıq mülkləri…

Vardanyanın milyardlıq mülkləri…

02 Oktyabr 2023, 10:15
Elmar Məmmədyarov Qənirə Paşayeva ilə xatirələrindən danışdı

Elmar Məmmədyarov Qənirə Paşayeva ilə xatirələrindən danışdı

29 Sentyabr 2023, 18:12
Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

29 Sentyabr 2023, 17:29
Daha bir erməni separatçı həbs edildi – DTX video yaydı

Daha bir erməni separatçı həbs edildi – DTX video yaydı

29 Sentyabr 2023, 16:50
Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

29 Sentyabr 2023, 15:31
“Qənirə xanım xalqa layiqli övlad idi” – Anatoliy Rafailov

“Qənirə xanım xalqa layiqli övlad idi” – Anatoliy Rafailov

29 Sentyabr 2023, 15:08
TBMM sədri Sahibə Qafarova ilə danışıb, Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

TBMM sədri Sahibə Qafarova ilə danışıb, Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

29 Sentyabr 2023, 14:47
İlham Əliyev: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”

İlham Əliyev: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”

29 Sentyabr 2023, 14:39
“Ermənistan danışıqları vaxt uzatmaq üçün aparırdı” – Hakan Fidan

“Ermənistan danışıqları vaxt uzatmaq üçün aparırdı” – Hakan Fidan

29 Sentyabr 2023, 14:19
Qarabağın bərpasına büdcədən nə qədər pul xərclənib?

Qarabağın bərpasına büdcədən nə qədər pul xərclənib?

29 Sentyabr 2023, 13:13
Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxacaq

Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxacaq

29 Sentyabr 2023, 12:29
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah-sursatın siyahısı

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah-sursatın siyahısı

29 Sentyabr 2023, 12:10
Prezident Zəngilanda keçirilən Forumda iştirak edir

Prezident Zəngilanda keçirilən Forumda iştirak edir

29 Sentyabr 2023, 11:44

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Oktyabr 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Sen    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info