19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xersonun işğalı: xəyanət, yoxsa…

24 İyun 2022, 11:55
Manşet, Banner
A A
Xersonun işğalı: xəyanət, yoxsa…

Ukraynada müharibənin başlamasından 4 ay keçməsinə baxmayaraq, hələ də Rusiyanın ilk günlərdəcə Xerson vilayətini və onun mərkəzini asanlıqla işğal etməsinin səbəblərilə bağlı qaranlıq məqamlar, müəmmalar qalmaqdadır. Çoxları həmin vilayətin təslim edilməsində Rusiyanın Ukraynadakı şəbəkəsinin əlinin olduğunu, vilayətin dövlət orqanlarının, güc strukturlarının xəyanəti nəticəsində işğal edildiyini bildirirlər. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç də bir neçə dəfə açıqlama verib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Politico” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın ətrafına və Kiyevdəki xarici diplomatlara istinadla maraqlı məlumat yayıb. 

Xəbərdə deyilir ki, Zelenski uzun illərdən bəri dostluq etdiyi İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin(SBU) rəisi vəzifəsindən azad etməyə hazırlaşır. Hazırda Prezidentin Bakanovu əvəzləyəcək şəxsin kimliyi üzərində düşündüyü qeyd olunur.

 

 

Mənbə bildirir ki, Ukrayna Prezidenti və yaxın ətrafı Bakanovun işindən narazıdır. Hesab olunur ki, xüsusilə Xerson vilayətinin və onun mərkəzi olan Xerson şəhərinin işğalına görə əsas günahkarlar məhz SBU-nun yerli idarəsinin rəhbərliyi, eləcə də qurumun mərkəzi aparatındakı bəzi yüksək rütbəlui şəxslərdir.

Onların xəyanəti nəticəsində ruslar şəhəri asanlıqla işğal edə biliblər: “SBU-nun Xerson idarəsinin rəisi general Sergey Krivoruçko Zelenskinin əmrinin əksinə olaraq, rus qoşunlarının şəhərə hücumu öncəsi bütün əməkdaşların şəhərdən çıxması, təxliyə edilməsinə dair göstəriş verib. Onun köməkçisi İqor Sadoxin isə Krım istiqamətindən hərəkətə keçən rus işğalçılarının mina sahələrindən yan keçməsi üçün onlara bələdçilik edib. Həmçinin, düşmən aviasiyasının zərbələri üçün koordinatlar ötürüb”.

Zelenski bundan sonra hər iki zabiti vəzifədən və rütbədən məhrum edərək, onlara qarşı cinayət işi başladılması barədə göstəriş versə də, artıq gec olub…

 

Xersondakı uğursuzluğun ən əsas səbəblərindən biri isə şəhərə girişi təmin edən əsas körpü olan Antonov körpüsünün vaxtında partladılmaması olub. Bu da SBU-nun ayağına yazılan uğursuzluq, hətta xəyanət hesab olunur.

Belə ki, körpünün partladılması məhz Ukrayna Təhlükəsizlik Xidmətinə tapşırılmışdı. Lakin hansı səbəbdənsə əmr yerinə yetirilməmişdi. Bu da rus qoşunlarının asanlıqla şəhərə girməsinə şərait yaratmışdı.

Bütün bunlara görə ilk növbədə qurumun rəhbəri olan İvan Bakanov məsuliyyət daşıyır. İndi isə məhz bu uğursuzluğun nəticələrini aradan qaldırmaq üçün minlərlə, on minlərlə Ukrayna hərbçisi Xerson uğrunda qanlı döyüşlər aparmaq məcburiyyətində qalıb…

SBU-dakı ciddi problem və çatımazlıqlar bunlarla da məhdudlaşmır. Məsələn, Bakanovun təşkilatındakı korrupsiya ilə mübarizə idarəsinin rəisi olan general Andrey Naumov işğal başlamazdan bir neçə saat əvvəl Ukraynadan qaçıb. Onun Rusiya xüsusi xidmət orqanlarına çalışdığına dair ciddi şübhələr var və hesab olunur ki, məhz o, Çernobıl AES barədə məxfi məlumatları Moskvaya ötürüb. Zelenski onu da bütün rütbə və vəzifələrdən məhrum edib və barəsində axtarış elan olunub. Ancaq onun əməllərinin dövlətə vurduğu ziyan bu tədbirlərlə heç cür neytrallaşdırıla bilməz.

 

 

O da qeyd olunur ki, Ukraynadan qaçan həmin satqın general Naumov iyunun 7-də Şimali Makedoniya sərhədində həbs olunaraq, ələ keçirilib. Onun avtomobilində 600 min avro və 125 min ABŞ dolları, eləcə də bahalı zinət əşyaları aşkarlanıb. Hazırda bu Rusiya agentinin Ukraynaya ekstradisiyası gözlənilir.

Göründüyü kimi, Rusiya xüsusi xidmət orqanları Ukraynaya qarşı işğaldan öncə özünün bu ölkədəki agentura şəbəkəsini işə salaraq, ondan maksimum istifadə etməyə çalışıb. Lakin əksər ekspertlər hesab edirlər ki, Moskva bu şəbəkə vasitəsilə elə ilk günlərdəcə daha böyük uğura ümid etsə də, yalnız Xerson istiqamətində istədiyinə nail ola bilib. Digər istiqamətlərdə yerli satqınlardan istifadə cəhdləri uğursuzluğa düçar olub və SBU bir çox əməliyyatların qarşısını almağa, Rusiyanın agentura şəbəkəsinə güclü zərbə vurmağa nail olub.

Lakin göründüyü kimi, bu nəticələr Zelenskini və onun yaxın ətrafını qane etmir. Bu səbəbdən də “Politico”-nun məlumatına görə, Prezidentin ən yaxın dostlarından sayılan Bakanov vəzifəsilə vidalaşmalı olacaq. Bu strateji posta kimin təyin olunacağı məsələsi isə hələ ki, açıq qalır.

Əvvəlki yazı

“Azərbaycan” qəzeti İnam Kərimovu ifşa etdi

Sonrakı yazı

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.