Müğənni Xatirə İslam bu dəfə Beyonsun paltarından tikdirib.
Publika.az xəbər verir ki, 37 yaşlı sənətçi X.İslam dünən klublardan birində çıxış edib. İfaçı konsert proqramı üçün dünya şöhrətli müğənni Beyonsun paltarından tikdirib. Onun qeyri-adi geyimi xüsusi diqqət çəkib.
Xatıladaq ki, Beyons bir kənarı volanlı, digər tərəfi isə tüllə örtülən qara libasını “Qremmi 2018” mükafatlandırma mərasimində geyinmişdi.
Onu da qeyd edək ki, Xatirə İslam keçən il Cennifer Lopez və Sibel Canın paltarının eynisindən tikdirmişdi.