27-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xarici İşlər Nazirliyinin maliyyə fəaliyyətində nöqsanlar aşkarlanıb

07 Dekabr 2018, 12:46
Seçmə
A A
Xarici İşlər Nazirliyinin maliyyə fəaliyyətində nöqsanlar aşkarlanıb

Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətini yoxlayaraq nöqsanlar aşkarlayıb. Məlum olub ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb.

“Report” bu barədə 1 yanvar 2016-cı il tarixindən 1 fevral 2018-ci il tarixinədək olan dövrdə Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesablama Palatasının təsdiqlədiyi hesabata istinadən xəbər verir.

Auditlə ümumilikdə 59 252,7 min manat vəsait əhatə olunub, xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin təqdim etdiyi illik maliyyə hesabatlarının təhlili aparılıb.

Auditlə əhatə olunan illərdə nazirliyin iki əməkdaşına əməyin ödənişi aparılarkən vergi güzəşti düzgün tətbiq edilməyib, məzuniyyətə çıxarkən bəzi əməkdaşların ümumi aylıq gəlirindən gəlir vergisi az tutulub, dövlət qulluqçularına ixtisas dərəcəsi və stajına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilib, iki halda ezamiyyə xərci düzgün tətbiq edilməyib, yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə uyğun müəyyən edilməyib.

Dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsi üzrə 2016-cı il ərzində bank xidmətləri xərcləri dövlət rüsumlarının tərkibindən tutulub, dövlət rüsumlarının tutulması haqqında hesabatlarda dövlət büdcəsinə hesablanmış dövlət rüsumlarının məbləği az göstərilib, iki səfirlik üzrə dövlət büdcəsinə köçürülməmiş dövlət rüsumu üzrə borc məbləği qalıb, bəzi hallarda dövlət rüsumları dövlət büdcəsinə gecikmə ilə köçürülüb.

Nazirlər Kabinetinin 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi qaydaları”na və “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları”na uyğun ciddi hesabat blanklarının uçotu aparılmayıb.

Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə 01.01.2018-ci il tarixə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar hesabı üzrə qalıq məbləğlərin bağlanması üçün müvafiq tədbirlər tam görülməyib.

Nazirlik tərəfindən auditdən sonrakı dövrdə təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əksər debitor borcların bağlanılmasına nail olunub.

Hesablama Palatasının Kollegiyası nazirliyin yol verdiyi öqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiklə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi, həyata keçirilmiş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surətini Xarici İşlər Nazirliyinə, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında ilin sonuna istifadə edilməyən qalıq vəsaitləri, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar üzrə məlumat Maliyyə Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Əvvəlki yazı

“Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır” – ABŞ müdafiə nazirinin müavininin müşaviri

Sonrakı yazı

Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi – Eksklüziv

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.