Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “Somalinin Buulo Mareer şəhərində yerləşən Afrika Birliyinin Somali Keçid Missiyasında (ATMIS) yerləşdirilən Uqanda Sülhməramlı Qüvvələrinə qarşı törədilən terror hücumunu qınayırıq. Somali xalqının sülh və təhlükəsizliyi üçün xidmət edərkən həyatını itirən ATMİS əməkdaşlarının vəfatı ilə bağlı kədərimizi bölüşür, onların yaxınlarına və dost Uqanda və Somali xalqlarına başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Türkiyə terrorla mübarizədə Somalinin yanında olmağa davam edəcək.