15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

XAMENEİ-TRAMP DANIŞIQLARI QAÇILMAZDIR?“Durum danışıqlara başlamağa uyğun deyil, seçimimiz müqavimətdir” – Təhlil

31 May 2019, 10:20
Manşet
A A
XAMENEİ-TRAMP DANIŞIQLARI QAÇILMAZDIR?“Durum danışıqlara başlamağa uyğun deyil, seçimimiz müqavimətdir” – Təhlil

Dennis Ross

Bloomberg (ABŞ), 30.05.2019

 

İranın ali başçısı Əli Xamenei uzun müddət iddia edib ki, İran hökuməti bütün İslam Respublikasını ABŞ-a güzəştə getməyə razılaşmasa, ABŞ Tehran tərəfdən heç vaxt güzəşt qoparmayacaq. İran məmurlarının mövqeyi bundan ibarətdir ki, basqı altında ABŞ-la danışıqlar aparmayacaqlar.

Təəccüblü deyil ki, İrana münasibətdə “ən güclü basqı” kampaniyasının bu yaxınlardakı gərginləşməsinə cavabda Tehranda Amerikanın qətiyyətini sınamaq qərarına gələrək Fuceyrə bölgəsində bir neçə neft tankerinə və Səudiyyə Ərəbistanında neftvurma stansiyasına silsilə hücumlar törədiblər. Amma maraqlı məqam bundan ibarətdir ki, görünür, hər iki tərəf birbaşa münaqişəyə hərəkətlənməyi dayandırıb. ABŞ prezidenti Donald Tramp “İranın böyük potensialı” haqda bildirərək saziş bağlamaq istəyirlərsə, İslam Respublikasının liderlərini ona işarə etməyə çağıraraq eyham vurub ki, savaşa başlamaq istəmir. İranın ali başçısı bəyan edib ki, “nə biz, nə də onlar savaş istəyir”.

Bu göstərmir ki, İran rəhbərliyi danışıqlara başlamağa hazırdır, hələlik xeyr. ABŞ-la danışıqların dəyərini bir neçə on il boyunca şübhə altına alan Xamenei istəmir ki, ölkə vətəndaşları düşünsünlər ki,  Vaşinqtona güzəştə gedib. O, əvvəlkitək hesab edir ki, amerikalılarla danışıqlar “zəhər”dir. İran prezidenti Həsən Ruhani bildirib ki, “indiki durum danışıqlara başlamağa uyğun deyil, ona görə də seçimimiz müqavimətdir”.

Ruhani və Xameneinin fikrincə, müqavimət 2015-ci il nüvə sazişi çərçivəsində İrana qoyulmuş məhdudiyyətlərdən geri çəkilməyi birləşdirə bilər. Tehranda artıq bildiriblər ki, uranı zənginləşdirmə sürəti dörd qat artırılacaq. Bu bildirir ki, İranın zənginləşdirilmiş uran ehtiyatı nüvə sazişində göstərilən 300 kiloqram az zənginləşdirilən uran limitini ən yaxın vaxtlarda keçəcək. Ruhani nüvə sazişinin avropalı iştirakçılarına məlumat verib ki, 2019-cu il iyulun 7-ə doğru Amerika sanksiyaları nəticəsində İranın düçar olduğu iqtisadi ziyanı əvəzləməsələr, Tehran uranı 20%-ə qədər zənginləşdirməyi təzələyəcək. Demək olar ki, bu, Trampa “ən yüksək basqı”nın İran versiyasıdır. Lakin Xamenei bu ruhda nə qədər çox davam edə bilər? Onun ölkəsi Amerika sanksiyaları üzündən ciddi problemlərlə üzləşib: iqtisadiyyat ağır duruma düşüb, əsas ərzaq qidaları, dərman və istehlak mallarının qiymətlərinin sürətlə artımı fonunda İran vətəndaşlarının əmanətlərinin dəyəri hər gün düşür.  

Xamenei bundan sonra da təkid edə bilər ki, İran basqı altında danışıqlar aparmayacaq, amma İslam Respublikasının tarixi əksindən xəbər verir. Keçmişdə xaricdən təzyiq son dərəcə güclü və daxili sabitlik üçün gerçək təhlükə ortalığa çıxanda İran rəhbərliyi bu təzyiqi azaltmaq və buna bağlı məsarifləri cüziləşdirməyə can atıb. Məsələn, İran İraqla savaşı 1988-ci ildə təzyiq altında dayandırıb, 1990-cı illərdə AB-də dissidentləri aradan qaldırmaqdan imtina edib, 2012-ci ildə isə ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası İran Mərkəzi Bankına qarşı sanksiyaları sərtləşdirdikdən, Avropa ölkələri isə İran neftini almaqdan imtina edəndən sonra Tehran pərdəarxası danışıqlara başlamağa razılaşıb. Tramp administrasiyası dönəmində belə durum təkrarlanarmı? Hamı razıdır ki, İran, sadəcə, Trampın müddətinin haçan başa çatacağını gözləmək istəyir ki, onun varisi ilə danışıqlara başlasın. Xamenei, demək olar, şübhəsiz buna da ümid edir, amma çox şey İran cəmiyyətinin iqtisadi çətinliklərə hələ nə qədər tab gətirəcəyindən asılıdır.

Xamenei duysa ki, təzyiqi azaltmaq gərəkdir, demək olar, hökmən pərdəarxası danışıqlara başlayacaq, çünki birbaşa danışıqlar onun məğlubiyyəti kimi qavranıla bilər. Rusiya prezidenti Vladimir Putin kimi vasitəçinin danışıqlara qatılması, ehtimal ki, Rusiya liderinin özünü də, Trampı da qane edərdi.

Amma Tramp məhz hansı sazişi bağlamağa hazırdır? Güman etmirəm ki, ABŞ dövlət katibi Mayk Pompeonun qabaqlar irəli sürdüyü 12 tələb onun əsasında durar, çünki Tehranda hesab edirlər ki, bu tələblər rejimi dəyişməyə bərabərdir. Tramp Yaponiyaya səfər zamanı aydın eyham vurub ki, İran rejimini dəyişməyə can atmır. Tramp bildirib ki, məqsədi İranda nüvə silahının olmamasıdır.  Burada manevr üçün məkan meydana çıxa bilər.

Əslində, görünür, Tramp üçün yeganə önəmli kriteriya budur ki, yeni nüvə sazişi Obamanın imzaladığı nüvə sazişindən yaxşı çıxsın. Sazişin ən aşkar mükəmməlliyi İran uranını zənginləşıdirməyə məhdudiyyət  müddətini uzatmaq ola bilərdi. Məsələn, 2030-cu ilədək məhdudiyyət qüvvəsini 2045-ci ilədək uzada bilərdilər. İndiki nüvə sazişi İranın ərəb rejimləri və İsrailə qarşı yönəlmiş bölgəsəl fəaliyyətini də məhdudlaşdırmır. İranı Suriyada öz hərbi iştirakını məhdudlaşdırmağın gərəkliliyinə inandırmaq lazımdır. Tehran habelə “Hizbullah”a və Livan və Suriyada inandığı başqa şəxslərə raket tədarükündən imtina etməlidir. Amma İran belə güzəştlərə pulsuz getməyəcək, həm nüvə, həm də qeyri-nüvə sanksiyalarının tam ləğvinə nail olmağa çalışacaq. Tramp hansı güzəştlərə gedəcəyini qət etməli olacaq. Ehtimal ki, o, ümumiyyətlə, güzəştə getmək istəməz, amma həm də nəticəyə gələ bilər ki, İranla bölgəsəl savaşdan yayınmaq və uranı zənginləşdirməyə məhdudiyyəti daha 15 il uzatmaq mühüm uğurdur.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Prezident Administrasiyasının məsul işçiləri 10 rayonda vətəndaşları qəbul edəcək –SİYAHI

Sonrakı yazı

Millət vəkili Q.Paşayeva MM-də Tovuz rayonunda həllini gözləyən bəzi problemlərdən danışaraq hökumətə çağırış edib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.